"Qarabağ" - "Dnepr" oyununa bilet alanlar, mütləq oxuyun!

img

30-10-2014 [18:57]


Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Dnepr"lə üz-üzə gələcək "Qarabağ" klubu oyunöncəsi saxta bilet satışının qarşını almaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.

Klubdan verilən məlumata görə, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq.

Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil. Klub azarkeşlərə səslənərək biletin hər hansı fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından alınmasını xahiş edib. Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçının biletləri noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA