Prezidentdən oyun satan komandalar haqda açıqlama gəldi

img

30-10-2014 [14:12]


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Turan"ın sabiq futbolçusu Valeri Onilenin 5 il öncə "Neftçi"yə oyunu necə vermələri barədə açıqlamasını şərh edib.

 Musayev "Sportnet.az”-a bildirib ki, Onilenin belə bir iddia ilə çıxış etməsi absurddur.  Onun fikrincə, "Turan" - "Neftçi" matçı həqiqətən də danışılmış idisə, moldovalı hücumçu elə həmin vaxt da deyə bilərdi. Lakin PFL prezidenti keçirdikləri çempionatı nüfuzdan salmağa cəhd edən futbolçuya qarşı heç bir tədbir görməyəcəklərini söyləyib: "Biz nə futbolçuya qarşı, nə də həmin oyunla bağlı araşdırma aparacağıq. Həmin oyunda 30-dək futbolçu çıxış edib. Nə oldu, heç biri demədi ki, danışılmış oyundu, bircə bu dedi? Bir neçə il öncə "Qarabağ" da "Neftçi"ni ilk yarıda 2:0 hesabı ilə udurdu, amma fasilədən sonra 3 qol buraxdı. Yəni, futbolda belə hallar olur. "Neftçi" də "Turan"a 0:2 hesabı ilə yenildiyi qarşılaşmanın fasiləsindən sonra 3 qolla qələbəyə nail olursa, hansı danışılmış oyundan söhbət gedə bilər? Onilenin 5 il əvvəl keçirilmiş oyundan indi danışması mənasızdır". 

Qeyd edək ki, "Turan"ın sabiq futbolçusu Valeri Onile "moldfootball.com"a müsahibəsində "Turan"ın 2009-cu il dekabrın 5-də keçirilmiş oyunda "Neftçi"yə qəsdən uduzduğunu nəql edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA