"Azadlıq" qəzetinin əməkdaşı saxlanıldı - Yenilənib

img

29-10-2014 [21:52]


"Azadlıq" qəzetinin əməkdaşı, jurnalist Xalid Qarayev polis tərəfindən saxlanılıb.


Musavat.com-un verdiyi məlumata görə, jurnalist bu barədə öz facebook səhifəsində məlumat verib. O bildirib ki, polis onu saxlayaraq Binəqədi Rayon polis idarəsinin 4-cü polis bölməsinə aparıb.

X.Qarayevin saxlanma səbəbi ilə bağlı hələlik heç bir məlumat verilmir.

Mia.az sosial şəbəkədə "Azadlıq" qəzetinin əməkdaşlarının yazdıqlarına istinadən xəbər verir ki, 4-cü Polis Bölməsindən deyilib ki, jurnalist Rayon Polis İdarəsinə aparılıb.  Xalid Qarayevin hansı səbəbdən saxlanıldığı bilinmir.

Onu da qeyd edək ki, X.Qarayevin, həm də AXCP-nin üzvü olduğu bildirilir. Son məlumata görə, jurnalistin küşədə söyüş söymək üstə saxlandığı bildirilib....

  • Azadlıq qəzetinin əməkdaşı saxlanıldı   <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir291/img1667005.JPG' target='_blank'>Yüklə</a>

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA