Siyavuş Novruzovdan şeyxin qudasına cavab

img

29-10-2014 [16:56]


Milli Məclisin dünən keçirilən plenar iclasında Şeyxülislam hacı Allahşükür Paşazadənin qudası, millət vəkili Qalib Salahzadənin bələdiyyələrlə bağlı səsləndirdiyi ittihamlara YAP-çı deputat Siyavuş Novruzov cavab verib

YAP funksioneri Q.Salahzadənin "Artıq bələdiyyələr indidən seçilib, kim sədr olacaq, camaat bilir. Sonra da deyirlər, kadr yoxdur. Kadr var, sadəcə, imkan vermirlər”-deyə bildirdiyi fikirlərin real olmadığını qeyd edib.

"Biz Yeni Azərbaycan Partiyası olaraq namizədlərimizi müəyyən edirik və onların seçkilərə namizədliklərini irəli sürürük. Amma bu o demək deyil ki, onların hamısı seçiləcək. Kimin nüfuzu çoxdu, kimə seçicilər tərəfindən dəstək olunacaqsa, həmin şəxs seçiləcək. Bəzən çoxusu bu məsələni qarışdırır. İstənilən siyasi partiya bütün bələdiyyələrə namizəd irəli sürmək hüququna malikdir. O baxımdan namizədlər əvvəlcədən müəyyən olunur. Onlar müzakirə olunur və ondan sonra namizədlikləri irəli sürülür. Elə adamlar var ki, fərdi qaydada öz namizədlərini müəyyənləşdirir. Təbii ki, onların arasından seçilənlər olacaq. Həmin şəxslərin təbliğat və təşviqatını aparacağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA