“Bu saat YAP-da qırğındır”- Siyavuş Novruzov

img

28-10-2014 [15:41]



Parlamentdə "Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov həmkarlarının fikirlərinə münasibət bildirib. 


"Qafqazinfo” xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı çıxış edən digər deputat Fazil Mustafa partiyasında bələdiyyə seçkilərinə namizəd ola biləcək şəxslərin tapılmadığını bildirib. Və qeyd edib ki, insanlar bələdiyyələrə üzv seçilməkdə maraqlı deyillər: "Bunun üçün stumillaşdırıcı addımlar atılmalıdır".

Həmkarının fikrinə YAP-çı millət vəkili Siyavuş Novruzov belə münasibət bildirib:

"Bu saat Yeni Azərbaycan Partiyasında bələdiyyəyə namizəd düşmək uğrunda qırğındır. Bəzən onları hədələyirik ki, bizim qərardan kənar namizədliyinizi versəniz, partiyadan çıxarılacaqsınız. Digər partiyanın namizədi yoxdursa, təbii ki, bu, sosial baza ilə əlaqədardır. Bəziləri bələdiyyələrin statusuna xələl gətirməklə məşğuldurlar. Siyasi partiyalar üçün ən vacib seçkilər bələdiyyə seçkiləridir. Bu gün Azərbaycanda bələdiyyələr kifayət qədər yaxşı fəaliyyət göstərirlər. Kimsə gedib bir neçə gün Türkiyədə qalır, qayıdandan sonra onların təcrübəsindən danışır. Amma onlar bilməlidirlər ki, hər bir dövlətin ayrıca idarəetmə mexanizmi, qanunları var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA