Müsavat Partiyası MNTK-nın sədri seçilib

img

29-10-2014 [15:35]


Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib.

Partiyadan verilən məlumata görə, iclasın gündəliyinə MNTK sədrinin seçilməsi, Qubad İbadoğlu tərəfindən MNTK-ya göndərilən arayışa verilən ilkin Rəyin müzakirəsi və cari məsələlər daxil edilib.

MNTK sədrliyinə iki nəfər öz namizədliyini irəli sürüb. Sədr seçkisi gizli səsvermə yolu ilə keçirilib. Gizli səsvermə nəticəsində Sevinc Hüseynova səs çoxluğu ilə MNTK-nın sədri seçilib.

Gündəlikdə duran ikinci məsələ geniş müzakirə olunub və növbəti iclasda Qubad İbadoğluna arayışla bağlı yekun rəyin təqdim olunması qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA