28-10-2014 [21:30]
Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadəyə həsr olunmuş "Həqiqətin böyüyü” sənədli filminin nümayişi keçirilib.
Bununla bağlı mərasim Biləsuvar rayonunda, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları "Xocavənd” qəsəbəsində baş tutub. Azərbaycan Mətbuat Şurasının milli mətbuat tariximizdə önəmli rolu olan nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi "Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən olan ekran əsərinin nümayişində media təmsilçiləri, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, "türkləşmək,
islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi olan Əli bəy Hüseynzadə
türkçülüyü fundamental cərəyan olaraq formalaşdırıb. Dahi mütəfəkkirin "Kaspi”,
"Həyat”, «İrşad» qəzetlərindəki, eləcə də "Füyuzat” jurnalındakı fəaliyyəti
böyük ictimai məzmun, örnək səciyyə daşıyıb. Şuranın "O film” studiyası ilə
birgə layihəsi də məhz belə şəxsiyyətlərin həyat yoluna daha yaxından işıq
salmaq, onları cəmiyyətə tanıtdırmaq zərurətindən irəli gəlib.
"Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy
Hüseynzadənin əvəzsiz xidmətləri olub. Hesab edirəm ki, onun irsinə ən layiqli
qiymət Prezident İlham Əliyevin dahi mütəfəkkirin 150 illik yubileyinin
keçirilməsinə dair sərəncamıdır. Mətbuat Şurası sərəncamdan irəli gələn
vəzifələrin icrasına dəstək məqsədilə bir neçə tədbir reallaşdırıb ki, onlardan
biri də bu gün nümayişi keçirilən sənədli filmdir”, - deyən Ə.Amaşov Əli bəy
Hüseynzadənin təkcə Azərbaycanda deyil, bütövlükdə türk dünyasında da fəxarətlə
anıldığını qeyd edib, onu görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist,
yazıçı-publisist, rəssam kimi xarakterizə edən cəhətlərə toxunub.
Toplantıda çıxış edənlər Əli bəy Hüseynzadənin yaratdığı "füyuzatçılar” adlı
ədəbi-fəlsəfi məktəbin Azərbaycanda ictimai fikrin formalaşmasında, milli
özünüdərk proseslərində müstəsna rol oynadğını vurğulayıblar. Natiqlər görkəmli
şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışaraq onu siyasi
türkçülüyün əsasını qoymuş böyük fikir adamı kimi dəyərləndiriblər.
Çıxışlardan sonra "Həqiqətin böyüyü” sənədli filmi nümayiş olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq