28-10-2014 [20:42]
Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov müsahibəsində Berti Foqtsun istefası və millinin baş məşqçisi olmağa namizəd mütəxəssislərdən danışıb. Müsahibəni təqdim edirik.
- Berti Foqtsun Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən istefası sizin üçün gözlənilən idi?
– Foqts dövrü artıq tarixdə qaldı. Biz gərək millinin gələcəyi barədə düşünək. Ona işinə görə təşəkkür etdik. O getdi, millimizdəki problem isə hələ qalmaqdadır. Yığmadakı problemlər bu günə qədər həll olunmayıb. Əcnəbi məşqçilərlə işlədik və indi həmin işin nəticəsi barədə danışaq. Nəticə olmadı. Yeni stadionlar tikilir, milli üçün hər cür şərait yaradılır. Baş məşqçi kimi Foqtsun hər istəyi yerinə yetirilirdi. Lakin nəticə olmadı.
- Millinin Avro-2016-nın seçmə mərhələsində İtaliya və Xorvatiya ilə rəsmi oyunlarda ağır məğlubiyyətini gözləyirdinizmi?
– İtaliya millisinə qarşı millimiz normal oynadı. Yəni, nəticəni düşünsək 1:2 hesabıyla uduzmaq faciə deyil. Mənə təsir edən Foqtsun İtaliya – Azərbaycan görüşündən sonra dediyi sözlərdir. O dedi ki, Azərbaycan millisi 10 il əvvəl komanda olsaydı onda 0:7, 0:10 hesabıyla uduzardıq. Yığmanın baş məşqçisi kimi belə danışmaq olmaz. Əgər hörmət istəyirsənsə, başqalarına hörmətlə yanaşmalısan. 10 il əvvəl millidə işləyən Abdullayev, Diniyev – hər bir məşqçi işlədiyi zaman ən yaxşını etməyə çalışıb. Foqts isə bu insanlara qarşı düzgün danışmırdı.
- Hazırda milli baş məşqçi axtarır. Sizin namizədiniz var?
– Azərbaycandan kənarda olsam da, futbol həyatıyla daim maraqlanıram. "Qarabağ”ın uğurlarını hamı görür. Bu komanda stabil oyun sərgiləyir. Avroliqada bütün oyunlarda əzmkar oyun oynayır. Fikrimcə yerli məşqçilərə şans verməyin vaxtı gəlib. Mənim namizədim Qurban Qurbanovdur. Əgər məndən soruşsalar deyərdim ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov olmalıdı.
- Belə fikir səsləndirirlər ki, eyni zamanda həm "Qarabağ”, həm də millidə çalışmaq Qurbanov üçün çətin olar…
– İndiki halda müəyyən müddət iki yerdə çalışmaq olar. Qurbanov çalışqan insandır. "Qarabağ”ı millinin baza klubu kimi formalaşdıra bilər. Bu həm də milliyə kömək olar. Sonradan özü necə istəsə elə qərar verər. Biz onun işinə müdaxilə etməməliyik. Fikrimcə Qurbana şans verilməlidir. Azarkeşlər onu dəstəkləyir. O millidə uğur qazana bilər. 1-2 il zamana ehtiyacı olacaq, amma ona inanmaq lazımdır. Eyni zamanda bütün yaş qruplarına nəzarəti də millinin baş məşqçisi etməlidir.
- Yerli məşqçilər vaxtı ilə millidə işləyib və nəticə qazanmayıb. Buna görə bəzən yenidən əcnəbiyə üstünlük veriləcəyi deyilir…
– Bu işdə söz sahibi deyiləm. Amma Foqtsla Lippertin işini gördük. Maraqlanmısınız, heç Lippert Azərbaycana gəlməzdən əvvəl harada işləyib? Almaniyada 4-cü liqada çalışıb. Axı gənclərdən ibarət komandanı niyə yerli məşqçi çalışdırmasın. Azərbaycan məşqçiləri kənarda qalıb. Hər yerdə öz mütəxəssislərinə dəstək olurlar. Bizdə belə deyil. Gənc məşqçilər xaricə kursa göndərilsə pis olar? Axı onlar indi öyrənməlidir ki, sabah millidə və ya başqa komandada futbolun inkişafı üçün çalışsın. Millinin sabiq baş məşqçiləri, veteran futbolçulara diqqət lazımdır. Özümdən danışmıram, digərlərini də nəzərə alıram. Bəzən deyirlər ki, onlar artıq Azərbaycan millisində işləyib. Axı o vaxt milli üçün belə şərait olmayıb. Yadınıza salın, o zaman nə pul var idi, nə şərait. Amma milli sona kimi vuruşurdu, qələbə də qazanırdı. İndi şərait var, amma oyun yoxdur. İsveçdə "Malmö” klubunu çıxmaq şərtiylə digərlərində yerli məşqçilər çalışır. Biz isə öz məşqçilərimizi unutmuşuq. Mircavadov, Diniyev eləcə də digərləri işsiz olmamalıdı. "Qarabağ”ın uğurlarında klub rəhbərliyinin də böyük rolu var. Qurbana inandılar və sona qədər dəstək oldular. Tahir Gözəlin əməyini qeyd etməyə bilmərəm. Hər zaman komandanın yanında oldu. Millidə də Qurbana inanmaq lazımdır. Sadəcə səbrli olmaq gərəkdir. Millini 1-2 günə düzəltmək olmaz.
- Foqtsdan sonra yenidən əcnəbi məşqçi təyin olunsa necə olacaq?
– Millidə bütün sistem dəyişəcək. Yeni əcnəbi vaxt istəyəcək və hər şeyi öz sisteminə uyğun qurmağa başlayacaq. U-15, U-19, U-21 və digər komandalara öz həmyerlilərini gətirəcək. Yerli məşqçilərlə işləməkdən çəkinmək lazım deyil. Əgər yerlilərdən nəticə istəyiriksə onlara işləmək üçün imkan verməliyik.
- Avroliqanın qrup mərhələsində keçirilən "Dnepr”-"Qarabağ” görüşündə Ağdam təmsilçisinin oyunu barədə nə fikirdəsiniz?
– Yaxşı oynadılar və vacib 3 xalı qazandılar. "Qarabağ” artıq Avroliqaya hazır komandadır. Rəqiblərdən çəkinmir, hamıyla rahat mübarizə aparır. Bu komanda 5-6 il ərzində formalaşdırılıb. Onların uğuruna çox sevinirəm.
- Azərbaycan çempionu Avroliqada 1/16 final mərhələsinə vəsiqə qazana bilər?
– Arxayınlaşmaq olmaz. Bu barədə indidən danışmaq düzgün deyil. Futbolçuların hər oyuna ciddi hazırlaşması üçün fikirlərimizdə diqqətli olmalıyıq. Evdə "Dnepr”lə oyun çox şeyi həll edəcək. Məhz bu görüşdə "Qarabağ”ın qələbəsi futbolumuz üçün böyük əhəmiyyət kəsb edəcək. Qrupdakı növbəti iki oyun çox şeyi həll edir. "Qarabağ”a uğurlar arzulayıram.
Sportpress.az
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi
Sabah yağış yağacaq
"Kişidən fərqli olaraq, qadını məşhur etmək daha asandır, amma..." - "Mahir Emreli məni ata kimi rədd etməyib"
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb