Usubov jurnalistin əmisinə söz verdi: "...ciddi tədbir görüləcək"

img

26-10-2014 [22:29]


Dünən daxili işlər naziri Ramil Usubov Gəncədə vətəndaşları qəbul edərkən hazırda hənsdə olan jurnalist Ərşad İbrahimlinin əmisi Kamran Həşimov da qəbula düşüb.

K. HəşimovunModerator.az-a verdiyi məlumata görə, görüşdə nazir onu diqqətlə dinləyib. O isə Ərşadın Gəncə Şəhər Polis İdarəsinin müstəntiqləri tərəfindən qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb olunduğunu, Gəncə Ağır Cinayətlər Məhkəməsində isə məhz həmin ittihamların araşdırılmadan jurnalistə törətmədiyi cinayət görə ağır cəza verildiyini nazirin diqqətinə çatdırıb. K. Həşimov Ərşad İbrahimlinin həbsində hal-hazırda həbsdə olan Kəlbəcər Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun da «xidmət»lərindən naziri məlumatlandırıb və məhz onun polisə və məhkəməyə təzyiqi, yaxud işbirliyi hesabına Ərşada qarşı bu cür ağır cəza verildiyini qeyd edib.

Nazir K. Həşimova bildirib ki, əgər Apellyasiya Məhkəməsi zamanı doğrudan da Gəncə polisinin işi düzgün aparmadığı, hansısa pozuntulara yol verildiyi aşkarlanarsa, bununla bağlı çox ciddi ölçü götürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA