Azərbaycan və Türkiyə KİV-ləri ilə bağlı qərar qüvvəyə mindi

img

26-10-2014 [15:17]


Türkiyədə "Azərbaycanla Türkiyə arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq protokolunun təsdiq edilməsi haqqında" qərar qüvvəyə minib. 

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ində məlumat dərc edilib. 

25 oktyabr 2011-ci ildə imzalanan əməkdaşlıq protokolu ilə bağlı Türkiyə Nazirlər Kabineti 30 sentyabr tarixində qərar qəbul edib.

Bu qərar, iki ölkə və xalq arasındakı dostluq əlaqələrini gücləndirərək ortaq məlumatın sərbəst mübadələsi, mətbuat və informasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədini daşıyır. 

Qərara əsasən, tərəflərin KİV-ləri ilə Türkiyə Respublikası baş nazirlik Mətbuat-Yayım və İnformasiya Baş İdarəsi və Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) arasında məsləhətləşmə və əməkdaşlıq aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA