24-10-2014 [21:46]
Bakı şəhəri Atatürk prospekti 47-ci binanın birinci blokunda yaşayan bir qrup sakinin imzası ilə şikayət məktubu daxil olub. Həmin blokun sakinləri bildirirlər ki, onlar acınacaqlı bir vəziyyətlə üzləşiblər və əlaqədar qurumlardan məsələyə əncam çəkmələrini tələb edirlər: «Biz bu bina tikilib istifadəyə verilən gündən burada yaşayırıq. Bu 1975-ci ilin əvvəlinə təsadüf edir. Hələ sovet hakimiyyətinin vaxtından bizim həyətdə «Solmaz» adlı şadlıq evi fəaliyyət göstərirdi. Quruluş dağılandan sonra həmin şadlıq evi əldən- ələ keçdi. Hazırda bu şadlıq evi «Xəzər» TV tərəfindən satın alınıb və həmin teleşirkətin nəzdində studiya kimi fəaliyyət göstərir. Qeyd edək ki, son vaxtlar bu studiya öz ərazisini müxtəlif vacib qurğuları söküb yerini dəyişməklə genişləndirir. Bu yaxınlarda, yüksək gərginlikli tranformatorun yerini dəyişməklə həmin ərazini də öz studiyalarına birləşdirdilər. Həmçinin studiyanın həyətinə bitşik qazanxana da transformatorun «aqibətini» yaşadı. Qeyd edək ki, bütün bu işlər texniki təlükəsizlik şərtlərinə əməl etmədən və ətrafda yaşan sakinlərin icazəsi alınmadan görülür.
Hörmətli redaksiya! 47-ci binanın məhz birinci blokunun vətəndaşlarının bu məsələdən şikayət etməsi heç də təsadüfi deyil. Çünki «Xəzər» TV-nin bu studiyasında çalışan işçilərin əlindən biz avtomobillərimizi evimizin qabağında saxlamağa yer tapa bilmirik. Əvvəl biz blokumuza yaxın geniş ərazidə avtomobili saxlayrdıq. Sonra Vergilər Nazirliyində yüksək vəzifədə çalışan və qonşu binada yaşayan Elxan adlı şəxsin rəhbərliyi altıda həmin əraziyə «şlaqbaum» qoyuldu. Həmin əraziyə giriş üçün pultu da Elxan müəllim kimə istəyir ona verir.
Bizim blokda cəmi bir necə avtomobil olsa da, Elxan müəllimdən bir dənə də olsun pult ala bilmədik. Görün vəziyyət nə yerə çatıb ki, «Xəzər» TV-nin studiyasında işləyən əməkdaşlarına da həyətə giriş üçün pultlar paylansa da onlar nadir hallarda avtomobillərini həmin ərazidə saxlayırlar. Studiyanın həyətinin də daima boş olmasına baxmayaraq, işçilər avtomobillərini blokun ağzında saxlamaqdan sanki zövq alırlar. Onlara məxsus bütün avtomobillərin nömrəsi 850 rəqəmi ilə bitir. Hətta həftədə bir dəfə işə salınan mikroavtobuslarını özlərinə məxsus həyətdə və Elxan müəllimin onlara maşın saxlamaq üçün şərait yaratdığı ərazidə deyil, blokun qabağında saxlamaqla bizə ciddi narahatçılıq yaratmış olurlar. İradımızı bildirəndə isə olduqca kobud cavablar alırıq.
Biz bu problemin aradan qaldırılması ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə də müraciət etmişik, ancaq heç bir tədbir görülməyib. Yəqin ki, bu problemin aradan qaldırılması ilə bağlı yaxın vaxtlarda başqa qanuni üsullardan istifadə etməli olacayıq. Xahiş edirik bizim bu haqlı iradlarımızı saytınız vasitəsilə «Xəzər»TV-nin rəhbərliyinə də çatdırasınız».
Azinform.az olaraq biz məktubda qeyd edilən faktları araşdırmaq məqsədilə həmin ərazidə olduq. Apardığımız müşahidələrdən və çəkdiyimiz fotolardan da görünür ki, vəziyyət olduqca acınacaqlıdır. Məktubda Vergilər Nazirliyinin yüksək rütbəli məmuru kimi adı çəkilən Elxan müəllimin dəqiq iş yerini öyrənə bilmədiyimiz üçün onunla əlaqə yarada bilmədik. Onun və «Xəzər» TV rəhbərliyinin məsələyə münasibətini dərc etməyə hazırıq.







Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq