"Qarabağ" qələbə qazandı, "Beşiktaş" darmadağın etdi - Avro Liqa - Yenilənib

img

24-10-2014 [00:29]


Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları çərçivəsində "Qarabağ" klubu səfərdə Ukraynanın "Dnepr" komandasının qonağıdır.

Mia.az xəbər verir ki, bu dəqiqələrdə komandamız hesabı açıb. Qolu Müharrəm vurub. Oyunun 45-ci dəqiqəsi gedir. Hakim oyuna bir dəqiqə əlavə edib...

Qrupun digər oyununda - "İnter" - "St.Etyen" qarşılaşmasında isə hələ ki hesab açılmayıb.

Onu da bildirək ki, Azərbaycan azarkeşlərini yaxından maraqlandıran "Trabzonspor" - "Lokaren(Belçika) oyunu başa çatıb. Türk klubu 2-0 qalib gəlib. "Beşiktaş" isə bu dəqiqələrdə səfərdə  "Partizan"la oynayır. Türk komandası 0-1 irəlidədir. İlk hissənin son dəqiqəsində "Beşiktaş" daha bir qol vurdu - 0:2.

İlk hissə başa çatdı. Digər hesablarda dəyişiklik olmayıb.

İkinci hissə başlandı...

"Dnepr" ikinci hissəyə daha fəal start verib. Oyunda 58-ci dəqiqə gedir. Komandamız öndədir - 0:1.

"Beşiktaş" isə daha iki qol vuraraq demək olar ki, oyunun taleyini həll edib - 0:4. "İnter" isə hələ ki hesabı aça bilməyib.

65-ci dəqiqədə M.Müharrem 2-ci qol vura bilərdi. Təəssüf yaranan əverşili fürsəti "Qarabağ"ın oyunçusu dəyərləndirə bilmədi...

83-ci dəqiqə. oyunlarda hesab dəyişməyib. 

Onu da qeyd edək ki, "Beşiktaş"ın qrupdakı əsas rəqibi "Tottenhem" "Asteras Tripolis"i 5-1 udur...

Oyunun əsas vaxtının bitməsinə 3 dəqiqə qalıb. Oyunun 4 dəqiqə əlavə vaxt təyin olunub. Və hesab dəyişməyib...

"Qarabağ" ilk qələbəsini qazanaraq 4 xalla 2-ci pilləyə yüksəlib. Komandamız növbəti oyunda evdə yenə "Dnepr"i qarşılayacaq. Uğurlar komandamıza! 

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İnter

3

2

1

0

3:0

7

2.

Sent-Etyen

3

0

3

0

0:0

3

3.

Dnepr

3

0

1

2

0:2

1

4.

Qarabağ

3

1

1

1

1:2

4


S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

Asteras Tripolis

2

1

1

1

8:2

4

2.

Tottenhem

2

1

2

0

6:2

5

3.

Beşiktaş

2

1

2

0

6:2

5

4.

Partizan

2

0

1

2

0:6

1

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA