Məleykə Abbaszadənin yerinə təyinat buna görə gecikir - AGENTLİYİN MƏRKƏZİN TABELİYİNƏ VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR

Məleykə Abbaszadənin yerinə təyinat buna görə gecikir - AGENTLİYİN MƏRKƏZİN TABELİYİNƏ VERİLMƏSİ MÜZAKİRƏ OLUNUR

GÜNDƏM

Bugün, 10:34

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin vəzifəsindən azad edilməsindən sonra quruma yeni rəhbərin təyinatı ilə bağlı gözləntilər davam edir. Hələlik bu posta rəsmi təyinat açıqlanmasa da, bir neçə şəxsin adı mümkün namizədlər sırasında hallanır. 

MİA.az-ın əldə etdiyi məlumata görə, təyinatın gecikməsinin arxasında DİM-də nəzərdə tutulan struktur və institusional dəyişikliklər dayanır. 

Belə ki, hazırda DİM-də yüksək vəzifə tutan şəxslərdən biri saytımıza açıqlamasında bildirib ki, qurumun səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Mənbənin iddiasına görə, Elm və Təhsil Nazirliyinin (ETN) bəzi səlahiyyətlərinin DİM-ə verilməsi gündəmdədir.

Bu çərçivədə ilk növbədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin DİM-ə birləşdirilməsi məsələsinin nəzərdən keçirildiyi bildirilir.

Mənbə qeyd edib ki, sözügedən struktur islahatları başa çatdıqdan sonra DİM-in yeni sədrinin təyin olunması ilə bağlı müvafiq sərəncam imzalanacaq.

Qeyd edək ki, DİM sədri postuna mümkün namizədlər arasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun adları çəkilir.

Orxan Əzimzadə

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR