Rəsmi Ankaradan Batumidə "Beşiktaş" azarkeşləri ilə insidentə sərt reaksiya: "Qəbuledilməzdir"

Rəsmi Ankaradan Batumidə \"Beşiktaş\" azarkeşləri ilə insidentə sərt reaksiya: \"Qəbuledilməzdir\"

GÜNDƏM

Bugün, 23:11

"Gürcüstanda oynanılan matçda "Fələstin üçün azadlıq" pankartı və Fələstin bayrağı nümayiş etdirən "Beşiktaş" azarkeşlərinə qarşı müdaxilə və zorakılıq qəbuledilməzdir."

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğanın lideri olduğu AK Partiyanın sədr müavini və partiya sözçüsü Ömər Çelik bu gün İsrailin "Hapoel Beer Şeva" ilə Gürcüstanın Batumi şəhərində qarşılaşan "Beşiktaş" komandasının azarkeşləri ilə bağl yaranan insidentə münasibətdə deyib.

O bildirib ki, "Beşiktaş" azarkeşləri insanlığa diqqəti çəkib,  insanlığın səsinə səs veriblər: "İsrail komandasının meydandakı təxribatlarını şiddətlə qınayırıq. Yaralanan və xəstəxanaya aparılan azarkeşlərimizə ən xoş arzularımızı çatdırırıq. Vətəndaşlarımızın vəziyyətini yaxından izləyirik."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR