“Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır - "Bina sakinlərinin həyatı təhlükə altındadır” + FOTOLAR
CƏMİYYƏT
Bugün, 18:04
“Yaşadığımız binanın damında “Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır, yeni mənzillər inşa olunur. Bütün bina sakinlərinin həyatı təhlükə altındadır”.
Bu iddia ilə “Qafqazinfo”ya Bakının Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 177-179 ünvanlarında yaşayan bir qrup sakin müraciət ediblər.
Onların sözlərinə görə, binanın özülü yalnız layihədə nəzərdə tutulan mərtəbə sayını saxlamağa hesablanıb. Əlavə mərtəbə bünövrəyə düşən təzyiqi artırır, gələcəkdə çökməyə, əyilməsinə səbəb olur. Həmçinin zəlzələyə davamlılıq azalır: “Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik, heç bir tədbir görülməyib. Əksinə, sakinlərə yalançı vədlər verib işlərin qanunsuz olduğu və guya dayandırıldığı haqqında rəsmi məktublar göndəriblər. Əslində isə nəinki damlarda qanunsuz mənzillər inşa edilib, hətta hazırda həmin mənzillərə qanunsuz olaraq qaz xətti çəkilir. Aidiyyəti qurumlar buna göz yumur, sakinlərin həyatını ciddi təhlükəyə atırlar”.
Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qanun pozuntuları ilə əlaqədar aidiyyəti qurumlara müraciətlər ünvanlanıb: “2025-ci ilin aprel ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan şəhərsalma monitorinqi zamanı Bakı şəhəri, Yasamal rayonu, M. F. Axundov küçəsi, 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında müvafiq icazə sənədləri olmadan tikinti işlərinin aparıldığı aşkar edilib.
Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birgə görülən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və binanın dam örtüyü əvvəlki vəziyyətinə qaytarılıb.
Sonrakı dövrdə Baş İdarə tərəfindən sözügedən ərazidə şəhərsalma monitorinqləri davam etdirilib və təkrar aşkar olunan qanun pozuntuları ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müvafiq müraciətlər ünvanlanıb”.
Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız sorğuya belə cavab aldıq: “Bakı şəhəri, Yasamal rayonu, M. Axundov küçəsi, 177-179 ünvanında “OMA” MTK tərəfindən inşa edilmiş yaşayış binalarının istismarına müvafiq qurumun 11 may 2011-ci il tarixli sərəncamı ilə Dövlət Qəbul Komissiyasının aktı verilib. Müəyyən edilib ki, binaların çardaq mərtəbəsində əlavə işlər onların istismara verilməsindən sonra həyata keçirilib. Qeyd olunan məsələ ilə bağlı sakinlər tərəfindən ünvanlanmış şikayət araşdırılıb, müraciət edənlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.0.4-cü maddəsinə əsasən, istismarda olan çoxmənzilli binaların ümumi əmlakının texniki vəziyyətinin təmin edilməsinin binanın idarəedici təşkilatının vəzifələrinə aid olduğu barədə müvafiq cavab verilib”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Kəpəz” MTK tərəfindən layihədənkənar tikinti aparılır - "Bina sakinlərinin həyatı təhlükə altındadır” + FOTOLAR
Bugün, 18:04 CƏMİYYƏT
-
PA-da şöbə müdiri təyinatı oldu - Müşavir yüksək posta gətirildi
Bugün, 17:30 GÜNDƏM
-
Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub
Bugün, 17:26 KRİMİNAL
-
Məşhur aktyorun 3 nəvəsi sığınacağa yerləşdirilib
Bugün, 17:19 MƏDƏNİYYƏT
-
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə qərar çıxarıldı
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara cavab verildi
Bugün, 16:47 CƏMİYYƏT
-
"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı
Bugün, 16:31 SİYASƏT
-
Türkiyə Mərkəzi Banknın valyuta və qızıl ehtiyatı kəskin azaldı - Son bir həftədə
Bugün, 16:24 İQTİSADİYYAT
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
Bugün, 16:05 GÜNDƏM
-
Daha bir tiktoker saxlanıldı
Bugün, 15:51 KRİMİNAL
-
Bu kəndlərə köçənlərə 25 min avro veriləcək
Bugün, 15:29 DÜNYA
-
İslandiyada balıqçı gəmisi batdı: üç dənizçi öldü, 14 nəfər xilas edildi
Bugün, 15:25 DÜNYA
-
Rusiya MN: "Kiyevdəki hərbi sənaye obyektlərinə zərbələr endirdik"
Bugün, 15:21 GÜNDƏM
-
"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq...
Bugün, 15:14 KRİMİNAL
-
"Haysiyet" serialı finala çıxır, yerinə isə...
Bugün, 15:07 MƏDƏNİYYƏT
-
SOCAR ilə "Schneider Electric" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 15:00 İQTİSADİYYAT
-
İraq və onun 12 il sonra Avropaya çıxarılan nefti: Bağdad nəyi planlayır? - Türkiyənin reaksiyası necə olacaq?
Bugün, 14:57 DÜNYA
-
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişib
Bugün, 14:48 CƏMİYYƏT
-
Deniz Çakırın ifadəsi yayıldı: "Narkotik satan bir kimsəni tanımıram"
Bugün, 14:29 MƏDƏNİYYƏT
-
BİR MİLYONLUQ QALMAQAL - Şirkət rəhbəri həbs olundu
Bugün, 14:22 KRİMİNAL
-
MƏŞHUR HÜQUQŞÜNASA HÖKM OXUNDU - Namizəd Səfərovla bağlı qərar verildi
Bugün, 14:03 SİYASƏT
-
Ukraynaya verilən F-16-lar... - ABŞ texniki xərcləri Avropaya yüklədi
Bugün, 14:03 DÜNYA
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
Bugün, 13:49 CƏMİYYƏT
-
Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarır - "Yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək" (Yenilənib)
Bugün, 13:48 SİYASƏT
-
Türk "tiktoker"dən İYRƏNC ETİRAF: "İndi "TikTok"dan pul qazandıram deyə atam və anam mənə mini yubka alır, onları da tərbiyə elədim..." - FOTOLAR
Bugün, 13:21 PRESS
-
Xalq artisti Elmira Şabanova dəfn olunub (Yenilənib)
Bugün, 13:10 MƏDƏNİYYƏT
-
Əməkdar artist Firuzə İbadovanın səhhəti barədə - AÇIQLAMA
Bugün, 13:05 CƏMİYYƏT
-
"Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik” - Misir Mərdanov DU-nun yeni rektorundan danışdı
Bugün, 12:45 CƏMİYYƏT
-
Azərbaycanlı QHT rəhbərləri Ermənistanda: yeni görüş + FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:28 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:15 CƏMİYYƏT
-
Dövlət Baxçalının müavini açılışda pərt edildi: "Ona de, salamını "Apo"ya göndərsin" - "Sənə
Bugün, 12:09 SİYASƏT
-
XİN başçısı: "Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir"
Bugün, 12:03 İQTİSADİYYAT
-
Kafedə 28 yaşlı oğlan bıçaqlanıb
Bugün, 11:50 KRİMİNAL