Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub

Daşdəmirov Qaradağda 24 kq narkotiklə tutulub

KRİMİNAL

Bugün, 17:26

Bakının Qaradağ rayonunda bir nəfər 24 kiloqrama yaxın narkotiklə tutulub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb. Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR