Məşhur aktyorun 3 nəvəsi sığınacağıa yerləşdirilib

Məşhur aktyorun 3 nəvəsi sığınacağıa yerləşdirilib

MƏDƏNİYYƏT

Bugün, 17:19

Oskar mükafatı laureatı Hollivud ulduzu Morqan Frimanın nəvələri yoxsulluq içində çabalayırlar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun nəvələri sığınaca yerləşdirilib.

Bu barədə keçmiş gəlini Meriann Kasl Amerika mətbuatına müsahibə verib.

Müsahibədə o, bildiriib ki, 2 il əvvəl Morqan Frimanın oğlu Sayfulaye Frimanla boşanıblar: "Keçmiş ərim tərəfindən illərlə fiziki və psixoloji zorakılığa məruz qaldım. Nəhayət, ayrılmağa qərar verdim. Ayrılarkən cəmi 5 min dollar istədim ki, ev tutaq, iş tapana qədər 3 uşaqla ac qalmayaq. Ancaq onu da vermədilər. Bu səbəbdən məcburən uşaqlarla birlikdə evdən çıxıb sığınacağa yerləşdik. Çox təəssüf ki, ərimin atası indyədək bizimlə bir dəfə də olsun, maraqlanmayıb. O, 6, 8 və 14 yaşlı üç nəvəsindən xəbəri olsa da, bir dəfə də olsun, onları yaxına alıb görüşmədi..."

Dünyaca məşhur 89 yaşlı aktyor Morqan Frimanın meneceri isə iddiaya münasibət bildirməyib: "Morqan Friman ailə məsələləri ilə bağlı ictimaiyyətə açıqlama vermir".

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR