"İlk 24 real hədəfdir" - Belözoğlu

\"İlk 24 real hədəfdir\" - Belözoğlu 

İDMAN

Bugün, 09:51

"Fənərbaxça"nın baş məşqçisi Əmrə Belözoğlu Çempionlar Liqasında ötən gecə "Şaxtyor Donetsk"ə  1-0 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, o, matça böyük inamla başladıqlarını bildirib.

Baş məşqçi deyib ki, məhz bu inamla da qalib gəliblər: ""Şaxtyor Donetsk"in çox güclü oyun planı var və illərdir onu oynamağa çalışır. Arda Turan burada çox kəskin və aydın planları olan bir komanda yaradıb. Ona görə bu oyuna çx yaxşı hazırlaşmışdıq. Əks halda bizi buradan boş göndərə bilərdilər"

Təcrübəli məşqçi, nəticəsindən asılı olmayaraq hər yarışda qalib gəlməyi hədəflədiklərini bildirib: "Çempionlar Liqası matçında oynamaq mənim üçün böyük qürur mənbəyidir. Bu gün qalib gəlmək və tarix yazmaq, əlbəttə ki, mənim və ailəm üçün qürurvericidir. Nə olursa olsun, sona qədər mübarizə aparacağıq. Burada ilk 24-lük real bir hədəfdir. Bundan sonra qalib gəlsək, niyə də olmasın?".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR