Elgiz Əkbəriin yeni verilişi... - ARB telekanalı açıqlama yaydı

Elgiz Əkbəriin yeni verilişi... - ARB telekanalı açıqlama yaydı

PRESS

Bugün, 00:03

Aparıcı Elgiz Əkbərin "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsi ilə bağlı ARB telekanalı açıqlama yayıb.

Mai.az xəbər verir ki, bu barədə kanalın mətbuat katibi Mail Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, Elgiz Əkbərin özünə məxsus "YouTube" kanalında yayımlanan "Şadlıq olsun" layihəsinin ARB televiziyası ilə heç bir əlaqəsi yoxdur: "Layihənin çəkilişləri zamanı ARB televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur. Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır".

Xatırladaq ki, bu ilin əvvəlində bir neçə aparıcı ilə yanaşı, Elgiz Əkbərin də "Elgizlə izlə" verilişi bağlanmışdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR