Avropa Liqası: "Beşiktaş"ın təyyarəsi Gürcüstana eniş edə bilmədi

Avropa Liqası: \"Beşiktaş\"ın təyyarəsi Gürcüstana eniş edə bilmədi

İDMAN

Bugün, 20:38

UEFA Avropa Liqasında  sabah İsrailin "Hapoel Beer Şeva" ilə gücünü sınayacaq "Beşiktaş" komandasını daşıyan təyyarə bu gün səfəri yarıyolda dayandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təyyarə əlverişsiz hava şəraiti səbəbindən Batumi hava limanına eniş edə bilməyib.

Məlumata görə, geri dönən təyyarə Rizəyə eniş edib: "Komanda Batumiyə quru yolu ilə gedəcək".

Məlumatda o da deyilir ki, bu səbəbdən "Beşiktaş"ın oyunöncəsi mətbuat konfransı da ləğv olunuub.

Xatırladaq ki, oyun sabah saat 21.45-də Batumi stadionunda oynanılacaq. Oyun TRT 1, TRT Radio 1 və digər kanallarda canlı yayımlanacaq.

Fərid Aslan

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR