DAHA BİR KEÇMİŞ NAZİRİN XARİCDƏ SƏRVƏTİ ORTAYA ÇIXDI - İlə 780 min manata icarəyə verilib

DAHA BİR KEÇMİŞ NAZİRİN XARİCDƏ SƏRVƏTİ ORTAYA ÇIXDI - İlə 780 min manata icarəyə verilib

CƏMİYYƏT

Bugün, 16:23

"London , Jermyn Street 101-102. Şəkildə gördüyünüz bu binanın birinci və ikinci mərtəbələri (Ground Floor and Lower Ground Floor) Baş nazirin keçmiş müavini (2013–2018), sabiq kənd təsərrüfatı naziri (2004–2013) İsmət Abasovun oğlu Yunis Abasov 2017-ci ildə 10,6 miyon funta alıb".

Mia.az xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, keçmiş nazirin oğluna məxsus Y.A. PROPERTY INVESTMENTS LIMITED adından Helix Property Advisors idarəçi şirkət alt qatı 2019-cu ildə 12 illiyinə məşhur Charles Tyrwhitt brend geyimlər şirkətinə 350 min funta icarəyə verib: "Yunis Abasovun 2013-cü ildə 92-94 Borough High Street, London ünvanındakı kommersiya sahəsinə aid əmıakının isə təəssüf ki, alış qiyməti məlum deyil".

S.Musayev

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR