Pirallahının icra başçısı, Nərimanovun icra başçısının birinci müavini və... - Sabiq komitə sədri qudalardan nazirə elə şikayət yazdı ki...

Pirallahının icra başçısı, Nərimanovun icra başçısının birinci müavini və... - Sabiq komitə sədri qudalardan nazirə elə şikayət yazdı ki...

CƏMİYYƏT

Bugün, 12:05

“İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri, professor Rafiq Əliyev qohumu, "Azərsuvenir" MMC-nin sabiq baş direktoru Tariyel Ağayevlə tikinti layihəsinə şəriklik və sonradan yaranan maliyyə mübahisəsinə görə ədliyyə naziri Fərid Əhmədova müraciət ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən Rafiq Əliyev deyib ki, “İrşad” İslam Araşdırmaları Mərkəzinə məxsus 6 mərtəbəli binanın satışına dair qanunsuz hərracın növbəti mərhələsi noyabrın 29-da keçiriləcək.

O bildirib ki, aidiyyəti üzrə məsələ ilə bağlı müraciət etsə də, heç bir nəticəsi yoxdur:

“Nazirə teleqram vurmuşuq. Heç bir nəticəsi yoxdur. Çünki bu işi görən adamlardan Prezidentin İşlər İdarəsinin "Azərsuvenir" MMC-nin sabiq baş direktoru Tariyel Ağayev, digəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini idi. Onlar üç qudadır. Daş qayaya rast gəlmişdi... Proses 8 ildən çoxdur, davam edir. Binanı qeyri-qanuni hərraca qoyublar. Məhkəmə hələ başa çatmayıb, prosesin nəticəsi binanın satışının hüquqi əsaslarına təsir göstərə bilər”.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR