YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
CƏMİYYƏT
Bugün, 11:49
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Gənclər, hər bir millətin ümidini, hər bir xalqın etibarlı sabahını və hər bir dövlətin gələləcək dövrlər üzrə hədəflərini ifadə edir. Yenilik, modernləşmə, müasir yanaşma potensilının yaradılması və formalaşdırılması məhz gənclərin məqsədyönlü strateji baxışı ilə mümkün olur və reallaşmış olur. Gənclər bu günlə sabahın və gələcəyin səsləşməsidir. Bilik və bacarıqların, elmi baxışın, sərbəst araşdırma bacarıqlarının yüksək səmərəlilik göstəriciləri ilə müşayiət olunması məhz gənclərin cəmiyyətimizə qazandırmış olduğu yüksək dəyərlərdir. Elmin bütün sahələrində təmsil olunan müasir gənclik çoxistiqamətli araşdırma keyfiyyətlərinə malik olmaqla, istər humanitar, istər ictimai elm sahələrinin inkişafında, istərsə də dəqiq elmlərin yeni səhifələrinin açılmasında mühüm nəticələr ortaya qoymaqdadırlar.
Artıq dünya elmi süni intellekt üzərində qərarlaşan yüksək nəticə və təkliflərin, rəqəmsallaşma proseslərininsosial, iqtisadi, mədəni, hüquqi, gündəlik işgüzar mühit və bir çox digər istiqamətlərin gedişinə təsir etməsi, bütün tərəflərinə görə gənclərin intellektual yanaşma keyfiyyətlərinin daha da təkmilləşməsinə əsaslı zəminlər gətirməkdədir. Bu amil, bir daha təsdiq edir ki, elmin geniş əhatədə təkmilləşməsi müstəvisində hadisə və proseslərin mahiyyətini əsaslandırarkən gənclik zəruri olaraq, süni intellekt və rəqəmsallaşma reallıqlarını, gerçəkliklərini və göstəricilərini nəzərə alsınlar. Belə modern yanaşma, baxış və əsaslandırma keyfiyyətlərinə malik olan gənclərimizdən biri də Cavidan Ceyhun oğlu Kəngərlidir.
Cavidan 2 oktyabr 2011-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Cavidan yüksək elmi və intellektual səviyəsinə, keyfiyyətlərinə görə seçilir. Hazırda, Eynəli bəy Sultanov adına Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alan Cavidan Kəngərli mənsub olduğu nəslin, olduqca qürurlu daşıyıcılarından biri olaraq formalaşır, inkişaf edir və öz üzərində daha böyük inamla işləyir. Genişmiqyaslı araşdırmalar sahəsində fəallıq göstərən Cavidan, dəqiq elmlər sahəsində əhəmiyyətli nəticələr ortaya qoymaqdadır. Xüsusilə də, nəzəri fizika və elm fəlsəfəsi üzrə müstəqil öyrənmə və araşdırma ilə məşğul olmaqla, daha müasir və çağdaş düşüncənin mütərəqqi mexanizmlərinin əsaslarını yaratmaqdadır. Cavidanın araşdırma sahəsindəki maraqları və hədəfini,gənclərin elmlə məşul olması sahəsindəki motivasiyaedici məqsədləri təşkil edir. Belə ki, onun şagirdlər üçün hazırladığı tədris materiallarını ödənişsiz mentorluq fəaliyyəti ilə birləşdirməsi, daha effektiv fəaliyyətlə müşayiət olunur. Bu mənada, Cavidanın əsas məqsədlərindən birini, ABŞ-da fizika və fəlsəfə üzrə bakalavr təhsili almaq, gələcəkdə isə əldə etmiş olduğu bilik və tədqiqat təcrübəsi ilə Azərbaycan elminə töhfə vermək təşkil edir.
Elmi araşdırmalar sahəsindəki fəaliyyətinə diqqət etdikdə, aydın olur ki, Cavidan Kəngərlinin tədqiqat sahəsi və maraq dairəsi çoxistiqamətlidir. Onun əsas maraqları, kvant nəzəriyyəsinin əsasları, ölçmə problemi, zaman fəlsəfəsi və fiziki nəzəriyyələrin fəlsəfi şərhindən ibarət olmaqdadır. Eyni zamanda, təsadüfilik, determinizm və insanın qərarvermə imkanları arasındakı əlaqəni tədqiq etməklə, Spinoza, Xəyyam və Konfutsinin fikirləri də fəlsəfi mütaliə sahəsində də fəallıqgöstərir.
Cavidan bu sahənin həm də müasir elmi nailiyyətlər müstəvisində araşdırılmasını həyata keçirməklə, kvant nəzəriyyəsinin əsaslarını yaradan və inkişaf etdirən Maks Plank, Albert Eynşteyn, Nils Bor, Pol Dirak kimi dünya şöhrətli alimlərin əsərlərinə müraciət edir, mövzu ilə bağlı olan çoxistiqamətli məsələləri araşdırır, tədqiqat obyektinə cəlb olunmuş və əsasları yaradılmış bir çox elmi istiqamətləri əsas götürür.
Cavidan Kəngərlinin apardığı araşdırmaların mahiyyəti və aktuallığı olduqca yüksəkdir və günümüzlə səsləşir. Xüsusilə, gənc tədqiqatçı, fiziki təsadüfiliyin insanın seçimə nəzarətini izah edib, etmədiyini araşdırır. Əsas məqsədi araşdırmalarını daha intensivləşdirmək, dünya elminə müraciə etmək, xaricdə bu sahə üzrə daha da təcrübə keçmək, kvant nəzəriyyəsinin nəticələri ilə onlardan çıxarılan fəlsəfi iddiaları ayırmaqdır. Eyni zamanda, tədqiq olunan mövzunun aktuallığını həm qərarvermə, həm də kvant informasiya modelləri haqqında müzakirələrdə bu fərqin qorunmasında görən Cavidan elmi fəallığının yüksəldilməsinə də maraq göstərir.
Elmi araşdırma o zaman səmərəli, nəticəyönümlü və effektiv olur ki, onun çoxistiqamətli elm sahələri ilə əlaqəsini yaratmaq mümkün olsun və əsaslandırılmış izah imkanlarının tamamlanmasıçevik təmin olunsun. Bu mənada, gənc tədqiqatçının çoxistiqamətli araşdırmalarında fizika məntiq, ehtimal və informasiya nəzəriyyəsi, qərarvermə və idrak fəlsəfəsi ilə koordinasiya olunur. Bütün tərəflərinə görə uğurlu olan bu araşdırma, təsadüfi nəticə, səbəb təsiri və əsaslandırılmış seçim arasındakı fərqləri, həmçinin bir prosesin davranışını simulyasiya etməklə, onun fiziki quruluşunu əvəz etməyin niyə eyni olmadığını ortaya qoymağaistiqamət almış olur.
Cavidan elm yollarında inamla, etibarlılıqla və qətiyyətlə addımlayır. Onun yüksək akademik səviyyədə inkişaf məqsədini təbii olaraq, Azərbaycan elminə mühüm töhfə olacaq nəticələr təşkil edir. Məhz gənc tədqiqatçının olduqca mühüm hədəfi, kvant nəzəriyyəsi və elm fəlsəfəsi üzrə Azərbaycan dilində mənbəli əsaslandırmlar, tədris materialları və açıq müzakirələr hazırlamaq istəyindən ibarət olmaqdadır. Əsas məqsədi, şagirdlərin tədqiqat sualı qurmaq, arqumentləri müqayisə etmək və elmi mənbələrdən düzgün yararlana bilmək bacarıqlarını dəstəkləməkdir. Cavidanın belə birhədəfini, gələcək fəaliyyət prioritetiolaraq təqdim etmək olar.
Cavidan tədqiqat sahəsində sərbəst araşdırma aparabiləcək gəncdir. Onda bu potensial var və malik olduğu yüksək intellektial bacarıqları ilə bu tədqiqatları aparır. İstər, araşdırma, istərsə də, sərbəstöyrənmə keyfiyyətlərinin sintezi ilə daha məqbul fəaliyyətinə görə fərqlənməkdədir. Bu mənada, tədqiqatçı, Naxçıvan Astrofizika Rəsədxanasında müstəqil araşdırma fəaliyyətinin səmərəliliyi ilə də fərqlənməkdədir. Bütün bunların əsas mahiyyətini, 2026-cı ildə yazmış olduğu kvant qeyri-müəyyənliyi və azad iradə mövzusunda məqaləsinin nəticələrində ortaya qoymuşdur. Qeyd etmək olar ki, Cavidan, kvant qeyri-müəyyənliyinin libertarian azad iradəyə, yəni determinizmlə uzlaşmayan azad seçim anlayışına əsas yaradıb-yaratmadığını araşdıran konseptual məqalənin müəllifi olaraq seçilməkdədir. Tədqiqatçı, bu araşdırma ilə ölçmə problemini, kvant nəzəriyyəsinin fərqli şərhlərini və təsadüfi nəticə ilə insanın qərara nəzarəti arasındakı fərqi təhlil etməsi ilə daha aktual nəticələrə gəlməkdədir. Buna görə də, araşdırma işinin mühüm məqsədi fiziki qeyri-müəyyənlikdən azad iradə haqqında hansı nəticələrin çıxarıla biləcəyini əsaslandırmaqdır. Tədqiqatın müxtəlif mərhələlərində statistik davranışın deterministik simulyasiyası ilə kvant resurslarını qoruyan fiziki əvəzetmə fərqləndirilir. Təbii olaraq, belə bir nəticə, konseptual və model əsaslı təhlildir, insan davranışının empirik izahı və ya yeni fiziki qanun iddiası deyil.
Cavidan araşdırmalarında dünya elminin inkişafında mühüm xidmətləri olan alimlərin əsərlərinə istinad edir. Onun istinad etdiyi araşdırma materialları içərisində, xüsusilə, nəzəri əsaslandırmalar çərçivəsində Bohmun (1952) kvant şərhi, Bellin (1964) teoremi və Keynin (1996, 2016) azad iradə yanaşması olduqca mühüm əhəmiyyətə malik olmaqdadır. Yenilənmiş arqumentdə Müller və Briegelin (2018) stoxastik agentlik modeli, Franklinin (2018) nəzarət və alternativ imkanlar müzakirəsi, Elzeinin (2023) qeyri-deterministik seçimlərin təhlil olunması müqayisə olunur.
Təqdimatın elmi istiqaməti baxımından yanaşdıqda, aydın olur ki, araşdırma obyektinə, kvant qeyri-müəyyənliyi ilə insanın seçimə nəzarəti arasındakı əlaqənin araşdırılması aid olunur. Bu mövzu, fizika fəlsəfəsini qərarvermə və insan davranışının konseptual təhlili ilə əlaqələndirir. Təqdimatın məqsədi arqumentləri jurnalın elmi qiymətləndirməsinə çıxarmaqdır.
Cavidan yeni dövrün aktual resurslarından, ehtiyat və mexanizmlərindən səmərəli olaraq istifadə etməklə, Advanced Placement (AP) proqramı üzrə riyazi analiz, fizika və proqramlaşdırma hazırlığını dərinləşdirməyi hədəf olaraq müəyyən etmişdir. Araşdırmaların effetivliyi baxımından yanaşdıqda, demək olar ki, Cavidan qarşıdakı keyfiyyət mərhələləri üzrə bir sıra hədəflər də müəyyən etmişdir. Həmin hədəflər, müxtəlifmərhələlərüzrə nəzərdə tutulur və şəxsən iştirak etmək hədəf olaraq götürülmüşdür.
Cavidanın tədqiqatlarının əsas hədəflər üzrə nəticələrinə diqqət etdikdə, aydın olur ki, xüsusilə də, onun hazırlıq planını limit və kəsilməzlik, törəmə və onun tətbiqləri, inteqral, diferensial tənliklər, parametrik və qütb koordinatlı funksiyalar, sonsuz sıralar mövzuları təşkil etmiş olur. Onun əsas məqsədi isə, fiziki dəyişmələri riyazi təsvir etmək üçün əsasları gücləndirməkdir. Hazırlıq üzrə planında məsələlərin analitik həlli, qrafik və düstur arasındakı əlaqənin izahı, həll addımlarının əsaslandırılması və vaxt məhdudiyyətli sınaqların təhlili olduqca mühüm yerə malik olmaqdadır.
Digər tərəfdən, araşdırmalarda, Kinematika, Nyuton qanunları, iş və enerji, impuls, fırlanma hərəkəti və rəqslər üzrə riyazi analizə əsaslanan hazırlıq planlaşdırır. Burada isə mühüm hədəf, fiziki vəziyyəti modelə çevirmək, uyğun tənlikləri seçmək və nəticəni fiziki mənası ilə izah etmək və əsaslandırmaqdır. Bu araşdırmada isə, hazırlıq mərhələsini, qüvvə diaqramları, hərəkət qrafikləri, saxlanma qanunları üzrə məsələlər və verilmiş eksperimental məlumatların şərhi daha da aktuallaşdırmaqdadır.
Cavidan eyni zamanda, elektrik yükü və sahəsi, elektrik potensialı, keçiricilər və kondensatorlar, elektrik dövrələri, maqnit sahəsi və elektromaqnit induksiyası üzrə hazırlıq nəzərdə tutur. Burada isə mühüm hədəf olaraq, elektrik və maqnit hadisələrini riyazi münasibətlərlə əlaqələndirmək tutulmuşdur. Təbii olaraq, hazırlıq mərhələsinə diqqət etdikdə, sahə və potensial məsələləri, dövrələrin təhlili, qrafiklərin şərhi və nəticələrin ölçü vahidləri ilə yoxlanılmasından ibarət olan əhəmiyyətli bir proses görmək olar.
Daha səmərəli elmi araşdırmalar müstəvisində, gənc araşdırmaçı, java dilində proqramlaşdırma, şərt və dövr strukturları, metodlar, siniflər və obyektlər, verilənlər kolleksiyaları üzrə hazırlıq nəzərdə tutur. Mühüm məqsəd isə, Python üzrə əvvəlki təlimini Java öyrənərkən baza kimi istifadə etmək istəyir. İndiki mərhələdə, Java üzrə sertifikat və ya tamamlanmış AP nəticəsi iddia etmir. Hazırlıq mərhələsində, Cavidan, xüsusilə, kiçik proqramların yazılması, kodun icrasının addım-addım izlənməsi, səhvlərin aşkarlanması və müxtəlif girişlər üzrə testlərin qurulması məsələlərinə aktual olaraq yanaşır.
Elmin olduqca mühüm inkişaf səviyyəsinin ifadəsi, həm də, nəzəri əsasların təcrübəyə, daha doğrusu, istehsalata tətbiq olunması və səmərəlilik gətirməsi ilə xarakterizə olunur. Cavidan gənc olaraq, elmi yanaşması ilə, nəzəri əsaslarını təcrübəyə, daha doğrusu, istehsalata tətbiq etməklə daha effektiv bir nəticənin əsaslarını müəyyən edə bilər. Müasir iqtisadi və sosial şəraitdə elmin daha da konkretləşdiyi bir zamanda, daha məhsular elmi yanaşmalara ehtiyacın olduğu bir şəraitdə, həmçinin daha perspektivli resurs təminatının təsbit olunduğu hazırkı zamanda, belə gənclərin fəaliyyətinə ciddi ehtiyat vardır.
İndiki iqtisadi inkişaf mərhələsində ölkəmizdə Cavidan kimi gənclərin elmi inkişaf keyfiyyətlərinin təkmilləşdirilməsində Dövlətin Gənclər Siyasətinin olduqca mühüm əhəmiyyətini qeyd etmək olar. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev neft kapitalının insan kapitalına çevrilməsinin olduqca mühüm əsaslarını özündə əks etdirən dövlət siyasətini həyata keçirməkdədir. Məhz bu siyasətin olduqca mühüm göstəricisi hazırda Cavidan kimi gənclərin ixtisaslı kadr və mütəxəssis olaraq formalaşmasından ibarət olmaqda, insan kapitalının və potensialının hərəkətverici təsiri olmaqdadır. Cavidanın elmi yanaşmalarında gənclərin milli iqtisadiyyat üçün riyazi hesablamalar üzrə daha səmərəli inkişaf xəttini seçməsi daha məqsədəuyğun hesab olunur. Hər bir gəncin fəaliyyətinin, dünyagörüşünün, biliklərinin, bacarıqlarının və mənəvi dəyərlərinin məcmusunun, məhz dövlətinə, xalqına, millətinə sadiqliyin olması ilə dolğun və tam olacağından ibarət olduğunu bildirir. İqtisadiyyatın idarə olunmasında, sosial dayanıqlığın təminatında, onun elmi əsaslarının, həm də riyazi hesablamalar vasitəsilə dəqiqləşdirilməsində gənclərin öyrənəcəyi və tətbiq edəcəyi çox amillərin olduğunun fərqindədir. Buna görə də, Cavidan, daim mütaliyə edir, öyrənir və həm ölkəmizin, həm də dünya alimlərinin əsərlərinə davamlı müraciətlər edir.
Diqqət etdikdə aydın olur ki, Cavidan daha çox:
- Aristotelin Metafizika, məntiq, etika;
- Platonun Formalar nəzəriyyəsi, etika;
- Artur Şopenhauerin İradə metafizikası, pessimizm;
- Fyodor Dostoyevskinin Azadlıq, vicdan, iman;
- Viktor Hüqonun Humanizm, sosial ədalət;
- Lev Tolstoyun Əxlaq, ölüm, mənəvi axtarış;
- Tomas Mannın Fəlsəfi roman, zaman;
- İmmanuel Kantın Tənqidi fəlsəfə, idealizm sahəsindəki yanaşmalarına tez-tez müraciət edir, öyrənir və araşdırmalarında bəhrələnir. Bu sahədə, Azərbaycan və Şərq mütəfəkkirlərindən:
- İmadəddin Nəsiminin Hürufilik, insan ontologiyası;
- Mövlana Cəlaləddin Ruminin Təsəvvüf, eşq metafizikası;
- Məhəmməd Füzulinin Eşq, irfan poeziyası;
- Nizami Gəncəvinin Hikmət, etik düşüncə;
- Ömər Xəyyamın Rasionalizm, metafizika;
- Hüseyn Cavidin Fəlsəfi romantizm;
- Fəzlullah Nəiminin Hürufilik;
- Nəsirəddin Tusinin Məntiq, metafizika, etika kimi baxışlarını əsas götürmüş və onun sirrlərini öyrənməkdədir. Cavidan, artıq bu istiqamətdə 100-ə yaxın elm dahisinin əsərlərini oxmaqda, mütaliyə etməkdə və uğurla mənimsəməkdədir.
Cavidan elmi-psixoloji və bir o qədər də fəlsəvi yetkinliyinə görə fərqlənən gəncdir. İlahi həqiqətə, onun ədalətinə inanmaqla, ona mono insana məxsus olan böyük dəyərlərin məcmusu olaraq yanaşmaqdadır. Belə düşünür ki, gerçək təşəbbüs və insanın mənsub olacağı ən yüksək həqiqət mənəvi sükutdur. Yəni insanın, öz-özlüyündə sakitləşməsi, ürəyinin dərinliklərində inam və ümidlərlə zəngin olan İlahi hüzuru hiss etməsi, duyması, ona bağlı olması, uca Yaradandan gözlədiyi ədalətin gerçək təsdiq formasıdır. Məhz belə bir şəraitdə, ən sadiq, ən uğurlu və ən işıqlı nicat yolunun məhz İlahi Ədalət olduğunu Cavidan dərk edir və onu bir sevinc olaraq cəmiyyətlə bölüşür. Cavidan belə bir qənaətə gəlir ki, həyatda ən böyük uğur insanın Yaradanla qırılmaz bağlılığının olmasındadır.
Azərbaycan gəncləri ölkənin gündəlik qayğı və diqqətini hiss etməklə, dayanıqlı inkişaf yolunda inamla addımlamaqdadır. Təbii olaraq, bu yolda Azərbaycançılıq ideyalarının yaşadılması, təbliğatı və uca tutulması, xüsusilə də, xarici ölkələrdə milli maraqlarımızın qorunması sahəsində sistemli işlər görülməkdədir. Cavidan da məhz belə bir yolda uğurla addımlayır və gələcək təhsilini dünyanın məhşur universitetlərində almaq arzusundadır. Bu isə, milli tariximizin öyrənilməsi, tarixiliklə müasirliyin vəhdətinin qorunması əsasında eyni zamanda, diasporamızın və lobbiçilik ənənələrimizin qorunması istiqamətində mühüm nəticələr demək olacaq. Məhz Cavidanın, bəhs olunan istiqamətdə olduqca yüksək nəticələr əldə edəcəyinə ümidlərimiz olduqca böyükdür.
İqtisadi inkişafın indiki mərhələsində ölkənin milli iqtisadiyyatının yeni keyfiyyət mərhələlərinin bir-birini əvəz etməsi müstəvisində yeni uzunmüddətli prioritetlərin müəyyən olunması və onların əlçatanlığı sahəsində məqsədyönlü fəaliyyətin təşəkkülü xüsusilə də, “Yaşıl İqtisadiyyat”a keçidin səmərəli istiqamətlərinin nizama salınması aktuallığına görə seçilmiş olur. Həmçinin, süni intellektdən uğurlu istifadə olunması, rəqəmsal iqtisadiyyata keçid, innovasiyalaşan iqtisadiyyat üçün əlverişli zəminlərin formalaşması kimi məsələlər, Cavidanın araşdırma obyektinə çevirdiyi elmi-nəzəri və təcrübi yanaşmalarla daha işıqlı olacaqdır.
Yuxarıda qeyd olunan bütün üstün keyfiyyətləri nəzərə alaraq, qeyd etmək olar ki, Cavidan Kəngərli nəslinin nümayəndəsi olaraq, bu tarixi ənənəni davam etdirməkdədir. Yeddi Generalı ilə ölkəmizin, millətimizin qüruru olan Kəngərlilər nəslinin Cavidanın timsalında gələcəkdə akademiklərlə də ölkəmizə töhvə olacağına tam əminik.
Beləliklə, Cavidan Ceyhun oğlu Kəngərli, müasir gəncliyin olduqca işıqlı yolla yürüyən təmsilçisidir. İnanırıq və ümid edirik ki, gələcəkdə Cavidanın timsalında elmimiz savadlı, təcrübəli və uğurlu tədqiqatçı, alim və mütəxəssis qazanacaq. Bu yolda Cavidana bol nailiyyətlər arzu edirik.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - FOTOLAR
Bugün, 11:49 GÜNDƏM
-
YÜKSƏK İNTELLEKTUAL BİLİYƏ MALİK OLAN GƏNC... - CAVİDAN KƏNGƏRLİ
Bugün, 11:49 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 11:32 GÜNDƏM
-
Bakıda 172 nəfəri aldadan şirkət rəhbəri... - Baş Prokurorluq məlumat yaydı
Bugün, 11:26 CƏMİYYƏT
-
Qadın müğənniyə 74 şallaq vuruldu - Bu görüntüyə görə
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Milli Məclisin növbəti plenar iclası başlayıb
Bugün, 11:03 GÜNDƏM
-
BDU-da bu fakültə dekanları dəyişir - SİYAHI
Bugün, 10:58 GÜNDƏM
-
DSX-nin əsgəri vəfat edib
Bugün, 10:58 GÜNDƏM
-
Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)
Bugün, 10:32 DÜNYA
-
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
Bugün, 10:18 CƏMİYYƏT
-
Türk vokalist yol qəzasında ölüb
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
İstanbulda daha bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb
Bugün, 09:49 KRİMİNAL
-
Azərbaycan neft ucuzlaşdı - 2 dollar
Bugün, 09:44 İQTİSADİYYAT
-
"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...
Bugün, 09:25 İDMAN
-
Qəzza zolağında gərginlik böyüyür - İki nəfər öldürülüb, xeyli yaralı var
Bugün, 09:16 DÜNYA
-
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti tapılıb
Bugün, 09:14 KRİMİNAL
-
Məşhur futbolçunun anası oğlunun komanda yoldaşlarını rüsvay elədi: "Qəsdən oğluma ötürmə vermirlər"
Bugün, 09:08 İDMAN
-
Xəzər dənizi suyunun içməli suya çevrilməsi prosesinə start verildi - 165 milyon dollar da ayrıldı
Bugün, 09:07 İQTİSADİYYAT
-
"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir - 25 milyon avroluq təklif var
Bugün, 09:02 İDMAN
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA
-
RUSİYA NATO ÖLKƏSİNİ MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: "Bu. açıq müharibə çağırışıdır və biz mili maraqlarımızı qoruyacağıq" - GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI
Bugün, 00:17 GÜNDƏM
-
NATO təhlükələri sadaladı: "Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır" - "Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm"
Bugün, 00:07 GÜNDƏM
-
UEFA türk hakimlərə vəzifə verdi
Bugün, 00:04 İDMAN
-
9 dəqiqəyə 4 qol atdılar...
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTOLAR
23.11.2026, 22:18 MƏDƏNİYYƏT
-
Rafael Leaonun yaşıl meydana dönüşü azı iki ay çəkəcək
23.11.2026, 21:56 İDMAN
-
İran XİN başçısı: "ABŞ və İsrail qeyd-şərtsiz təslim tələbindən qeyd-şərtsiz danışıqlara keçib"
23.11.2026, 20:17 DÜNYA
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri təyin olunub
23.11.2026, 19:17 CƏMİYYƏT
-
Okan Burukun oğlu "başına iş açdı": atasını müdafiə etmək istədi, lakin... - "Siz niyə həbsdə deyilsiz?"
23.11.2026, 18:27 İDMAN
-
Bir vaxtlar nəhəng klublar ondan danışırdı, indi isə... - Türk futbolçu 29 yaşında klubsuz qaldı
23.11.2026, 18:14 İDMAN
-
UEFA “Sabah”ın futbolçusunu cəzalandırdı
23.11.2026, 18:06 İDMAN
-
Co Bayden və xanımı hava limanında: yeriməkdə çətinlik çəkir- FOTOLAR
23.11.2026, 17:47 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO (Yenilənib)
23.11.2026, 17:42 CƏMİYYƏT