Mia.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev deyib ki, hazırda Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi ilə yanaşı orta ixtisas təhsil müəssisələrinə də qəbul prosesi həyata keçirilir.
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
CƏMİYYƏT
Bugün, 10:18
Məlum olduğu kimi, 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman bildirib ki, Azərbaycanda 2030-cu ilədək fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə verilməsi və onların universitetlərin tərkib hissəsi kimi fəaliyyət göstərməsi planlaşdırılır.
T.Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur. 9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır.
O qeyd edib ki, 9 və 11-ci siniflərdən kolleclərə qəbul bəzi ixtisaslar, xüsusilə kollec sahəsi üzrə formalaşdırımış ixitisaslar üzrə DİM tərəfindən həyata keçirilir: “Hazırda müəyyən təkliflər var, ancaq rəsmi qərar yoxdur ki, 9-cu sinifdən kollec təhsili dayandırılacaq, 11-ci sinifdən də olan kolleclər də ali təhsil müəssisələrinin tərkibinə veriləcək... Beynəlxalq təcrübəyə diqqət yetirsək görərik ki, kolleclərin ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərdiyini müşahidə edirik. Məsələn, Türkiyədə universitetlərin daxilində xüsusilə də kolleclərin fəaliyyətinin şahidi oluruq. Bizdə də əksər kolleclər təbii ki, bəziləri istisna olmaqla, universitetlərin tərkibində fəaliyyət göstərir. Əslində peşə təhsilinin daha çox inkişaf etməsinin tərəfdarıyam. Çünki müasir və qloballaşan texnologiya dünyasında peşə sahəsinə tələbatın gələcəkdə çox olacağına əminəm. Artıq süni intellekt bəzi ali təhsil ixtisaslarına müəyyən qədər təsir göstərəcək. Bəlkə həmin ixtisas sahiblərinin müəyyən ixtisara cəlb edəcək. Amma peşə təhsilinə, xüsusilə də bəzi ixtisaslarına elə də çox böyük təsir edəcəyinə inanmıram. Bir ustalıq təhsilinə süni intellekt ancaq dəstək verə, kömək göstərə bilər. Məsələn, maşın ustasına, aşpaza və s. süni intellekt öz imkanları ilə müəyyən dəstək verə bilər. Amma bir mühasibin və ya hər hansı bir ixtisas sahibinin ixtisarlaşmasına isə öz təsirini göstərəcək deyə düşünürəm. Ona görə də peşə təhsilinin inkişafı mütləqdir. Beynəlxalq təcrübəyə diqqət etsək, Avropanın bir çox inkişaf etmiş ölkələrinin əksəriyyətində peşə, bəzi peşə təhsili sahələri ali təhsildən daha üstün hesab olunur. Məsələn, maşın ustalığı sahəsi çox ciddi tələbatlı sahə hesab olunur. Bir çox ixtisaslardan da prestijli hesab olunur. Bizdə hazırda bir az o səviyyədə olmasa da artıq sonuncu qəbul ilində biz peşə təhsilinə olan tələbatı ciddi şəkildə müşahidə etdik. Bu, istər-istəməz kolleclərə qəbulu kölgə altına saldı, çünki peşə təhsilinə tələbat çox olduğu təqdirdə abituriyentlərin əksəriyyəti o istiqamətə yönəldilər və kolleclərdə müəyyən qədər balların düşməsinə təsir göstərdi”.
Ekspert bildirib ki, kolleclərdə bəzi ixtisasların ixtisarlaşdırılmasının tərəfdarıdır: “Çünki hazırda biz bu gün kollecin nə mahiyyət daşıdığına diqqət yetirsək hesab edirəm ki, kolleclər o qədər də bir funksiyanı yerinə yetirə bilmir. Çünki kollecin verdiyi hər hansı bir ixtisasla ali təhsilin verdiyi ixtisası müqayisə etdiyimiz təqdirdə əlbəttə ki, əmək bazarında işə götürən daha çox üstünlüyü ali təhsili bitirmiş gənclərə verir. Bu da kollec təsirinin müəyyən qədər ikinci plana qoyur, tələbatsız vəziyyətə salır. Ona görə də ilk növbədə bu, tənzimlənməlidir. Biz düşünməliyik ki, kollec nəyə lazımdır, bir kollec və ali təhsildə də mühasibatlıq sahəsinə yer veririksə, əlbəttə ki, işəgötürənin mühasibə ehtiyacı varsa, o, ali təhsilli birini daha çox əmək fəaliyyətinə cəlb edəcək. Bunlar mütləq tənzimlənməlidir və ya peşə təhsili sahəsində fəaliyyət göstərənlərdən mütləq peşə təhsili diplomu tələb olunmalıdır. Gələcəkdə əmək bazarında peşə təhsilinin inkişafını istəyiriksə, peşə təhsilini bitirənlərin əmək bazarına rahat qoşulmasını istəyiriksə biz mütləq peşə sahəsində fəaliyyət göstərənlərdən peşə təhsili diplomu tələb etməliyik. Əks təqdirdə müəyyən problemlər formalaşacaq. Adam düşünəcək ki, əziyyət çəkib 3 il peşə təhsili oxuyuram, maşın ustası olmaq üçün işə düzəlməkdə çətinlik çəkirəm, amma adam heç bir peşə təhsili olmadan bir il gedir ustanın yanında müəyyən bilik əldə edir gedir, usta olur və əmək bazarına rahat qoşula bilir. Bunların fərqləndirilməsi üçün ilk olaraq peşə təhsilində hərbi xidmətə möhlət hüququ verilməlidir və ya hərbi xidmətin müddəti azaldılmalıdır, ikincisi peşə sahəsində fəaliyyət göstərənlərdən mütləq peşə təhsili diplomu tələb olunmalıdır. Bu iki sahə peşə təhsilinin inkişafına təsir göstərəcək. Kolleclərin xüsusilə də ali təhsil müəssisələrin tərkibində fəaliyyət göstərilməsinin, 9-cu sinfin kolleclərində bəzi ixtisasların çıxarılmasının tərəfdarıyam. Tam 9-cu sinfin ləğv olunmasının tərəfdarı deyiləm, çünki beynəlxalq təcrübədə də 9-cu sinifdə kolleclərin fəaliyyət göstərildiyinin şahidi oluruq. Məsələn, ola bilər ki, hər hansı bir uşaq 9-cu sinifi bitirdikdən sonra ali təhsil istiqaməti arzusunda deyil, peşə təhsilinə daha çox marağı olsun və bu istiqamətə yönəlsin. Bu, musiqi, incəsənət və digər sahələrdə ola bilər. Ona görə digər ixtisasları 9-cu sinif kolleclərində saxlayıb digər ixtisasları isə (mühasibatlıq, dizayn kimi ixtisaslarda) artıq 11-ci sinif kollecə istiqamətləndirmək olar. Bu istiqamətdə müəyyən düzəlişlərin həyata keçirilməsi çox yaxşı təşəbbüs olar. Xüsusilə tibb kolleclərinin Azərbaycan Tibb Universitetinin tərkibinə daxil olunmasının tərəfdarıyam, çünki universitetin daxilində fəaliyyət göstərdiyi təqdirdə həmin kolleclərin imkanları da genişlənir. İmkanlarının genişlənməsi artıq həmin kolleclərin tələbatını da daha çox artıra bilir. Həmçinin də ali təhsil müəssisələrinin imkanlarından faydalana bilir. Bu, kolleclərin müəyyən edərəcədə inkişaf etməsinə təsir göstərəcək. Xüsusilə də regionlarda olan kolleclərimiz daha çox ali təhsil müəssisələrinin tərkibinə daxil olması istiqamətində təşəbbüslər göstərilir. Regionlarda kolleclərin, ali təhsil müəssisələrinin sayının artırılması mütləqdir. Bəzi regionlarımızın buna böyük ehtiyacı var. Açıldığı təqdirdə həmin kolleclərin universitetlərin tərkibinə keçirilməsi çox gözəl olar. Hətta Pedaqoji Universitetin tərkibində Ağcabədi kolleci fəaliyyət göstərə bilər və ya digər regionlarda olan kolleclərimiz universitetə bağlanıb tərkibində fəaliyyət göstərə bilər. Müstəqil kollec də ola bilər, amma universitetin nəzdində olması imkanların daha çox genişlənməsinə təsir göstərə bilər. Müəllim potensialı baxımından müsbət təsiri ola bilər. Məsələn, müəllim çatışmazlığı olarsa, universitetdə fəaliyyət göstərən müəllimin kollecdə də dərs keçməsi formalaşa bilər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DSX-nin əsgəri vəfat edib
Bugün, 10:58 GÜNDƏM
-
Çaqqallar şəhərə doluşub - Əhalidə qorxu artıb (FOTO)
Bugün, 10:32 DÜNYA
-
Peşə təhsili alanlara hərbi xidmətə möhlət hüququ veriləcək? - Açıqlama
Bugün, 10:18 CƏMİYYƏT
-
Türk vokalist yol qəzasında ölüb
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
İstanbulda daha bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb
Bugün, 09:49 KRİMİNAL
-
Azərbaycan neft ucuzlaşdı - 2 dollar
Bugün, 09:44 İQTİSADİYYAT
-
"Bu xətanı qətiyyən etmə, yoxsa bitərsən..." - Əmrə Morun qardaşı Ara Gülərə elə məsləhət verdi ki...
Bugün, 09:25 İDMAN
-
Qəzza zolağında gərginlik böyüyür - İki nəfər öldürülüb, xeyli yaralı var
Bugün, 09:16 DÜNYA
-
Şəmkirdə 43 yaşlı kişinin parçalanmış meyiti tapılıb
Bugün, 09:14 KRİMİNAL
-
Məşhur futbolçunun anası oğlunun komanda yoldaşlarını rüsvay elədi: "Qəsdən oğluma ötürmə vermirlər"
Bugün, 09:08 İDMAN
-
Xəzər dənizi suyunun içməli suya çevrilməsi prosesinə start verildi - 165 milyon dollar da ayrıldı
Bugün, 09:07 İQTİSADİYYAT
-
"Milan" "Fənərbaxça"nın futbolçusunu istəyir - 25 milyon avroluq təklif var
Bugün, 09:02 İDMAN
-
Süni intellektin "rolu" və ya ya ajiotaj yaradan görüntünün iziylə... - FOTOLAR
Bugün, 00:30 DÜNYA
-
RUSİYA NATO ÖLKƏSİNİ MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ: "Bu. açıq müharibə çağırışıdır və biz mili maraqlarımızı qoruyacağıq" - GƏRGİNLİK PİK HƏDDƏ ÇATDI
Bugün, 00:17 GÜNDƏM
-
NATO təhlükələri sadaladı: "Türkiyə həm cənub cinahında, həm də Asiya ilə münasibətlərdə mühüm rol oynayır" - "Lakin sizə burada hər şeyi aça, deyə bilmərəm"
Bugün, 00:07 GÜNDƏM
-
UEFA türk hakimlərə vəzifə verdi
Bugün, 00:04 İDMAN
-
9 dəqiqəyə 4 qol atdılar...
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTOLAR
23.11.2026, 22:18 MƏDƏNİYYƏT
-
Rafael Leaonun yaşıl meydana dönüşü azı iki ay çəkəcək
23.11.2026, 21:56 İDMAN
-
İran XİN başçısı: "ABŞ və İsrail qeyd-şərtsiz təslim tələbindən qeyd-şərtsiz danışıqlara keçib"
23.11.2026, 20:17 DÜNYA
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri təyin olunub
23.11.2026, 19:17 CƏMİYYƏT
-
Okan Burukun oğlu "başına iş açdı": atasını müdafiə etmək istədi, lakin... - "Siz niyə həbsdə deyilsiz?"
23.11.2026, 18:27 İDMAN
-
Bir vaxtlar nəhəng klublar ondan danışırdı, indi isə... - Türk futbolçu 29 yaşında klubsuz qaldı
23.11.2026, 18:14 İDMAN
-
UEFA “Sabah”ın futbolçusunu cəzalandırdı
23.11.2026, 18:06 İDMAN
-
Co Bayden və xanımı hava limanında: yeriməkdə çətinlik çəkir- FOTOLAR
23.11.2026, 17:47 GÜNDƏM
-
Xəzər TV-nin süjeti: "Nar ağaclarını kəsib, gecə ilə yerini asfaltlayıblar" - Xətaidə + VİDEO (Yenilənib)
23.11.2026, 17:42 CƏMİYYƏT
-
Deputatın adından saxta “WhatsApp” hesabı açıldı
23.11.2026, 17:29 SİYASƏT
-
Prokurorluğa qulluğa qəbul: yazılı imtahan keçirilib
23.11.2026, 17:16 CƏMİYYƏT
-
Ermənistanın yeni Konstitusiya layihəsi: sənəd niyə rezonas doğurur? - TƏHLİL
23.11.2026, 17:12 SİYASƏT
-
Bakı və rayonlarda sabah külək güclənəcək - Xəbərdarlıq
23.11.2026, 17:06 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
23.11.2026, 17:00 İQTİSADİYYAT
-
Azərbaycan və İtaliya XİN başçıları görüşdü, yen mesajlar verildi - FOTOLAR (Yenilənib)
23.11.2026, 16:49 SİYASƏT
-
PKK İraqda daha 14 sığınacağı boşaldıb - FOTOLAR
23.11.2026, 16:41 DÜNYA