"Bir köməkçim yoldaşımla əlaqə saxlayırdı"-Müğənni İlhamə

img

23-10-2014 [10:12]


Müğənni İlhamə Qasımova "Düzünü desək" verilişindəqonaq olub.

"MİA” gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan ifaçı ev xidmətçilərindən danışıb. "Evə köməkçi götürürsən ki, təmizik işlərinə baxsın. Amma gözlədiyin nəticəni görməyəndə peşman olursan. Mənim pis cəhətim nəyisə üzə vurmamaqdır. İnsanın qəlbinə dəyməyi sevmirəm. Mən heç vaxt o insanlara xidmətçi kimi baxmamışam. Evə dəvət edirəm, mənə kömək olsunlar. Bəziləri isə dostluqdan istifadə edirlər. Əslində iş saatı 10-dan axşam 6-yqədərdir. Xidmətçi evə gəlir, 2-yə kimi televizora baxır. Bu da doğru deyil. Mən uşaq deyiləm. İradı bildirməmək mənim səhvimdir. Bir köməkçim yoldaşımla əlaqə saxlayırdı. Məni dinləmirdi. Sizcə, elə köməkçini evdə saxlayaram? Xeyr. O haradan tapmışdı nömrəni, bilmədim. Mənim yaşımda idi. Bu qısanclıq deyildi, sadəcə sonda yoldaşım da ona dedi ki, mənə yığmasın. Evdə köməkçi olanda hər zaman çalışıram evdə olmayım".

Digər xəbərlər
SON XƏBƏRLƏR