“Dörd tabut”u oxuyursan, düşünürsən...
MƏDƏNİYYƏT
Bugün, 18:34
Hekayə hadisədi, hadisə – tarix...
Hər tarixi bədii sözlə ifadə etmək mümkün deyil.
Hadisə məzmunludursa, mahiyyətlidirsə, söz kimi dinə bilirsə, sükutu da dinirsə, əlbəttə ki, gərəkli tarixdi. Ədəbiyyat tarix yaratmır, tarixi bədii sözlə tarixləşdirir. Bu tarixləşmə yaşatmaqdı. Tarix gerçək yasamına görə həm də bədii ədəbiyyata borcludu...
Müasir neo-bədii bədii ədəbiyyat dünyəvi proseslərə müəyyən qədər fərqli yanaşır. Bu yanaşmalarda bəzən milli-xəlqi mənafelər bəşəriliyi üstələyir, bəzən bəşərilik milli-xəlqi mənafeləri. Bəşəriliyiə də milli-xəlqi ruhun gözü ilə baxan əsər daha tarixidi, daha millidi, daha xəlqidi. Ya elə, ya belə, heç biri tarixin əsəri ola bilmir...
Bu və ya digər hadisəyə münasibət müxtəlif olur. Bu müxtəlifliyin yaratdığı “Kim haqlıdır?” sualı ötərgi sualdı. Hər münasibətin bir arqumenti olur. Bu arqumentlərin qəbuledilənliyini oxucu və zaman (və “stəkanın yarısı doludur”, “stəkanın yarısı boşdur” məntiqi baxımından insaf!) müəyyənləşdirir. Yəni ağaca Gün düşən tərəfdən baxanda kölgəsinin özündən xeyli böyük olduğunu, əks tərəfdən baxanda kölgəsiz göründüyünü, qaranlıqda kölgəsinin də, özünün də görünmədiyini oxucu yaxşı bilir. Yaxşı oxucu onu da bilir ki, bədii ədəbiyyatda hadisəyə oxucu baxışı da belədi – hadisəyə hansı səmtdən baxılır...
Son 40 ilin milli münasibətləri, erməniliyin birtərəfli başladığı (əslində, yüz illərlə hərdən aşkar, hərdən gizlin apardığı) milli gözəgötürməzliyi, siyasi mübarizəyə səbəb olan ərazi iddiası, bu iddianın nəticəsi olan müharibə düşüncələrdə də, bədii ədəbiyyatda da azərbaycançılığın heysiyyətini əsgərləşdirdi. Əsgərləşən düşüncələr səngərlərin, səngərli düşüncələr ədəbiyyatın işığı oldu. Müharibə ədəbiyyatı belə yarandı (Sabir Əhmədlinin “Axirət sevdası”, Elçinin “Bayraqdar”, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”, Aqil Abbasın “Dolu”, Seyran Səxavətin “Nekroloq”, Ağarəhim Rəhimovun “Qoşa qanad”, Nüşabə Məmmədlinin “Zəngulə, Fazil Güneyin “Qara qan”, ”Elçin Hüseynbəylinin, Zemfira Məhərrəmlinin hekayələri, Zəlimxan Yaqubun “ O qızın göz yaşları”, Ruhnəgiz Günün “Xocalı simfoniyası”,...) müharibədən sonra düşüncələr əsasında yaranmaqdadır, yaranacaq da...
Yazıçı Əli Bağışın “Dörd məzar” hekayəsinin (hekayətinin) süjeti (üç hadisə: birinci ölüm (lər), ikinci ölüm (lər) və ölümlərə görə ağlar gözlərin görüşü) düşüncələrdə müxtəlif assosiasiyalar yaradacaq. Hər düşüncədə razılaşılmalı məqamlar da olacaq, etiraza meyilli məqamlar da.
Hekayə azərbaycanlılarla ermənilər arasında düşmənçiliyin yaxın tarixinin hekayətidi, tarixi çalarları tarixiliyi ifadə edir: düşmənçiliyi kim başlayıb? – erməni. Niyə başlayıb? – dilinə yiyəlik edə bilmədiyinə görə. “Dörd məzar”da azərbaycanlı (Səttar) azərbaycançılıq heysiyyəti ilə erməninin (Surenin) diliuzunluğunun cavabını verir, folklorda deyildiyi kimi, “haqq əmriynən (söznən) qanmayanı yan dəmiriynən (kəsərli bıçaqla) qandırır”, qarşı-qarşıya yumruqlaşmada dilini kəsməyən erməninin ömrünü kəsir, onu bıçaqlayır. Erməni son nəfəsində Səttarı arxadan (məqamı yadda saxla – R.F.) güllə ilə vurur. İkisi də ölür. Biri qarşı-qarşıya döyüşdə, digəri arxadan atılan güllə ilə.
Nağıl (hekayət) dili yüyrək olur, Səttarın oğlu Nihad da, Surenin oğlu Armen də böyüyüb, hərəsi öz ordusunda xidmətdədi, ikisi də snayperçidi, ikisi də mahir atıcıdı. Heç birinin barmağı tətikdə titrəmir...
Sərvər Armeni niyə (və necə) öldürüb, Armen Sərvəri niyə (və necə) öldürüb?
“Dörd tabut”da bir hadisənin iki nəticəsi cavablandırılıb. Nihad da atasının qatilinin kim olduğunu müxtəlif yollarla öyrənib, Armen də. Bir-birilərini MDB məkanında snayperçilərin yarışmasında finalçılar elan ediləndə tanıyıblar...
Gerçəkliyi olduğu kimi əks etdirməməsi əsərin bədii dəyərini azaltmır. Bu baxımdan süjetin davamı kimsədə dolaşıq düşüncə yaratmamalıdı. Müharibə iştirakçısı olan Nihadın Azərbaycanın ədalətli müharibəsində həm xalqının düşməni kimi, həm də özünün düşməni kimi tanıdığı Armeni vurması, eyni düşüncələrlə də Armenin Nihadı vurması müharibə gerçəkliyi kimi qəbul edilir. Həmin snayperçi Armen deyil, başqa birisi də olsa Nihad onu vuracaqdı. Eləcə də Armen. Hər ikisi hədəfinin kimliyini bilir. “...İki güllə səsi gecənin ölü sükutuna bənzər səssizliyi pozdu. İki parçalanmış başdan qan fisqirırdı. Hər ikisi bir-birini gözündən vurmuşdu...”...
Hekayət burda tamamlansaydı, hekayə olmazdı. Əli Bağış bu məqamı ədəbiyyata gətirdiyi hadisənin finalına başlanğıc kimi təqdim edib. “Dörd tabut” finalın (sonluğun) hekayəsidi. Oxuyursan. Düşüncələrin çırpınsa da düşünməlisən, bir qərinəlik tarixin yaxasına çöksə də düşünməlisən. Vətənin üçün düşünməlisən, dövlətin üçün düşünməlisən, xalqın üçün düşünməlisən. Əli Bağışın ədəbi təqdimatının mahiyyəti üçün düşünmək də vətəndaşlıqdı...
Müharibənin ilk gülləsi atılandan (Əsgəran, 19881-ci il, 22 fevral, Əli ilə Bəxtiyar şəhid oldu), Bağanıs Ayrım, Qaradağlı, Meşəli, Başlıbel, Qarakənd, Xocalı faciələrindən sonra düşüncələrimizdən dönməzliklə qisas niyyəti, qisas istəyi dikəlirdi. Bu niyyət, bu istək İkinci Qarabağ müharibəsində gerçəkləşdi, müharibə başa çatdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Ordusu bu tarixi Zəfəri ermənilikdən aldığı qisas kimi tarixləşdirdi. Şəhidlərimizi heç birimiz heç zaman unutmayacağıq. Olmuşları da unutmayacağıq. Qisas alınıbsa (Azərbaycan Ordusunun qələbəsinin nəticəsi kimi separatçı qurum taxidən silindi. Erməniliyin neçə on illərlə gizlin, 30 il aşkar apardığı siyasi mübarizəsini, sonunda işğalçılıq müharibəsini Azərbaycan Ordusu ədalətli müharibəsi ilə son nəfəsə yetirdi, çilik-çilik elədi. Bu, olmuşların siyasi, siyasi-hərbi qisası oldu!
Əli Bağışın “Dörd tabut” hekayəsi (on üç dilə tərcümə edilən hekayə eyni adlı kitab formatında nəşr olunub. Kitabın redaktoru Qulu Ağsəsin sözünə qüvvət: “Qarabağ müharibəsindən çox hekayələr yazılıb: Azərbaycanın və Ermənistanın gözü ilə. Əli Bağış bu müharibəyə “üçüncü” ölkədən baxıb...”) qisas duyğusuna dialektik baxış formatında təqdim edilib: oğul atasının qisasını alır.
Diqqət yetirin: bu qisas müharibənin gedişində alınıb, müharibə hələ başa çatmadığı vaxtda. Qisas alanlar sonrakı nəsillərə qisas almaq missiyası saxlayıbmı? Bax, “Dörd tabut” deyir ki, saxlamamalıdı, müharibə başa çatıbsa, Azərbaycanın 30 illik siyasi, siyasi-hərbi mübarizəsi Zəfərlə tamamlanıbsa, qisas duyğusu sozalmalıdı, azalmalıdı, olmuşlar unudulmamaq şərti ilə sabahlar naminə unudulmalıdı. Bu, bəşərilikdi, bu, azərbaycançılığın elə bəşərilik olduğunun təsdiqidi...
Reallığı da düşünməlisən: ermənilik tarixən azərbaycançılığın “kölgəsini qılınclayıb”, azərbaycançılıq tarixən erməniliyi susdura-susdura (məqamında elə, məqamında belə) zamanın gərdişinə “qılınc çəkib”, “tətik sıxıb”. Oxucu bunları da bilir. “Dörd tabut”un finalına bu bilgilərdən (gerçəkliklərdən) baxanda da erməniliyi azərbaycançılığın ayaqları altında sürünən görür...
Tarixən günahkarlar barışığa ilkin meyillənir. “Dörd tabut”da Armenin anası Anuş qisasa son qoyulması üçün Sonaya barışıq əli uzadır, onu Tbilisiyə görüşməyə dəvət edir (bədii yozumu: Ermənistan Azərbaycanın ayağına düşür...): “Dəli Kür heç nəyə məhəl qoymadan min illər boyu getdiyi yolla axır və onu səbrlə gözləyən Dəli Xəzərə qarışmaq istəyirdi. Dörd bədbəxt qadından (Anuş, gəlini, Sona, gəlini – R.F.) və iki xoşbəxt körpədən (Anuşun nəvəsi, Sonanın nəvəsi – R.F.) xəbərsizcə axırdı...”...
“Dörd tabut” təkcə dörd ölüm haqqında hekayət deyil, həm də bu ölümləri yaradan ideologiyanın (erməniliyin) ünvanını bir daha bildirmə missiyasıdı, həm də sonda bu ölümləri yaradan ideologiyanın (erməniliyin) rəmzi təmsilçisinin “ağ bayraq” qaldırmasının bədii bəyanıdı (bədii yozumu: məğlub ermənilik barışmaq istəyir. Hekayənin mahiyyətindən düşən işıqda bir deyim aydınlığıyla görünür: Ehtiyat igidin (azərbaycanlıların – R.F.) yaraşığıdı)...
“Dörd tabut” hekayəsi dünyəvi proseslər üçün də xarakterikdir...
Neçə on illər əvvəl bir şərqi eşitmişdim: “Biz hərb istəmirik, hərbə hazırıq”. Azərbaycanın rəsmi dövlət siyasətinin və müdafiə strategiyasının əsas xətti "Biz müharibə istəmirik, amma hər an müharibəyə hazırıq" kimi ifadə olunur. Əli Bağışın “Dörd tabut” hekayəsi də bu fikrə ədəbi sədaqətin işartısıdı. Həm də olmuşları unutmayan (unutmayacaq), şəhidləri unutmayan (unutmayacaq), qisasçılığı bu günün gerçəklikləri fonunda düşüncələrə pərsəng bilən sədaqətin işartısıdı; qisasçılıq müharibə istəyini körükləyir, a mənim ruh qardaşlarım...
“Dörd tabut”u oxuyursan, düşünürsən...
Rəşid FAXRALI
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Bugün, 18:50 SİYASƏT
-
“Dörd tabut”u oxuyursan, düşünürsən...
Bugün, 18:34 MƏDƏNİYYƏT
-
Arda Çakmak klub prezidentliyindən gedir: "Namizəd olmayacağam"
Bugün, 18:09 İDMAN
-
Dəyişiklik QHT-lərə necə təsir edəcək? – “Tam dayandırma tətbiq edilirsə...”
Bugün, 18:03 SİYASƏT
-
Türkiyədə deputatın toxunulmazlığı ləğv olunur
Bugün, 17:52 SİYASƏT
-
"Putin Çindəki uğursuzluğunun qəzəbini Ukraynadan çıxır" - Zelenskidən açıqlama
Bugün, 17:49 GÜNDƏM
-
Rusiyada qəribə olay: yüzlərlə canavar +56 dərəcədə bir araya gəldi və...
Bugün, 17:30 DÜNYA
-
Azercell-in 30 il səninlə lotereyasında daha 14 abunəçi iPhone 17 Pro 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Bugün, 17:22 İQTİSADİYYAT
-
Rektor ölüm işinə görə vəzifədən çıxarılıb? - BDU-nun keçmiş rektorunun xanımı danışdı
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
Bugün, 16:58 GÜNDƏM
-
Millətlər Liqasının püşkü atıldı
Bugün, 16:51 İDMAN
-
Bir ay əvvəl qəfildən halı pisləşən baş məşqçi: "Əlayam, oyuna dönməyi səbrsizliklə gözləyirəm"
Bugün, 16:40 İDMAN
-
Putindən Finlandiyanın rus idmançılarına qadağasına sərt reaksiya: "Hardadır Beynəlxalq İdman Arbitraj Məhkəməsi?"
Bugün, 16:27 İDMAN
-
IX sinifdən kolleclərə qəbul dayandırılacaq
Bugün, 16:22 CƏMİYYƏT
-
İran XİN: "ABŞ blokadanı ləğv etməlidir"
Bugün, 16:09 DÜNYA
-
SOCAR Mərkəzi Avrasiyanın ən böyük şirkətlərinin reytinqinə başçılıq edib
Bugün, 16:02 İQTİSADİYYAT
-
"Yanıma gəldi, dedi ki..." - Özgür Özəl AKP-yə keçən bələdiyyə sədrinin sirrini açdı
Bugün, 15:49 SİYASƏT
-
"Qalatasaray"da 4 futbolçunu yola salır
Bugün, 15:28 İDMAN
-
Jurnalistlər üçün müsabiqə elan olunub
Bugün, 15:21 PRESS
-
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTOLAR
Bugün, 15:07 GÜNDƏM
-
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” adlı beynəlxalq simpozium keçiriləcək
Bugün, 15:03 MƏDƏNİYYƏT
-
Azərbaycanda əhalinin sayı artıb
Bugün, 14:57 GÜNDƏM
-
Deputat: "Ən vacib məqamlardan biri kadr siyasətidir" - "Gələn şəxs Məleykə Abbaszadənin qurduğu sistemi, mühiti dağıtmamamlıdır"
Bugün, 14:55 SİYASƏT
-
“Tünzalə tovuzlu qızımızdır, ancaq..." - Elza Seyidcahan ona keçmişini unutmasnı xatırlatdı
Bugün, 14:28 ŞOU-BİZNES
-
Deputat Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR
Bugün, 14:21 SİYASƏT
-
Nazir müavini Rauf Hacıyevin gəlini - Toydan sonra ilk paylaşımı etdi + FOTOLAR
Bugün, 14:07 ŞOU-BİZNES
-
Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq kompleksi ilə bağlı qərar verildi
Bugün, 13:56 CƏMİYYƏT
-
İlham Əliyev Vyetnamın Baş naziri və Milli Assambleyanın sədri ilə görüşüb - FOTOLAR (Yenilənib)
Bugün, 13:47 GÜNDƏM
-
AMEA-nın strukturunda dəyişiklik - Əli Əsədov qərar imzaladı
Bugün, 13:29 GÜNDƏM
-
Badamdarda sürüşmə genişlənir- Əhali təxliyə olunur (Yenilənib)
Bugün, 13:21 GÜNDƏM
-
Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ necə veriləcək? - YENİ QAYDA
Bugün, 13:15 CƏMİYYƏT
-
Tramp, Putin və Si Cinpin görüşü: dünya siyasətində yeni güc balansı və beynəlxalq münasibətlərin gələcəyi (TƏHLİL)
Bugün, 13:03 SİYASƏT
-
"Bakı Fond Birjası"nın vəzifəli şəxsi cərimələnib
Bugün, 12:54 İQTİSADİYYAT