Tanınmış hüquqşünas hakim qarşısında - Namizəd Səfərova 8 il müddətinə həbs cəzası istənildi

Tanınmış hüquqşünas hakim qarşısında - Namizəd Səfərova 8 il müddətinə həbs cəzası istənildi

KRİMİNAL

Bugün, 13:15

Dövlət ittihamçısı Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra çıxışlar mərhələsi başlayıb və dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Növbəti iclas noyabrın 26-na təyin edilib.

Qeyd edək ki, N.Səfərovu 2025-ci il dekabrın 9-u polis əməkdaşları saxlayıb. O, vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırıb. Ondan külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

N.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR