"Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər" - Baş redaktor Basketbol Federasiyasındakı "gizli oyunlar"dan yazır
İDMAN
Bugün, 12:47
İxtiyar Əsgərov,
Matc.az-ın baş redaktoru
***
Azərbaycan Basketbol Federasiyasının (ABF) bəxti onda gətirib ki, idman mediası bu sahəyə o qədər də maraq göstərmir. AFFA-ya ünvanlanan tənqidlərin yüzdə biri ABF-yə yönəlsəydi, yəqin ki, çoxları başını götürüb qaçardı.
Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər. Silmirsən, tanışlardan biri xahiş üçün evinə gəlmək istəyir.
Təhsil naziri Emin Əmrullayevin prezidenti olduğu basketbolda o qədər maraqlı hadisələr baş verir ki...
Məsələn, qadınlardan ibarət milli komandanın çıxışı sözün əsl mənasında... ürəkaçan deyil. İrlandiya, İsveçrə və İslandiya ilə oyunların nəticələrinə baxmaq kifayətdi. Kaş, sevimli nazirimiz də bu nəticələrlə maraqlanıb, uğursuzluğa görə hesabat tələb edərdi.
Bir də həmin nazirin xeyir-duası ilə ayaqda qalan “Gəncə” klubu var. Komanda FIBA Avropa Kubokunda keçirdiyi 6 oyunun yalnız birində qələbə qazanıb. Hətta hesabında 0:20 hesablı texniki məğlubiyyət də var.
Maraqlıdır ki, “Gəncə” son 5 ildə FIBA Avropa Kubokunda texniki məğlubiyyət alan cəmi üç komandadan biridir.
“Gəncə” klubu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Klubun direktoru Elnur Cəfərovdur. İddialara görə, onun Tehranağa Abdullayevlə münasibətləri kifayət qədər yaxşıdır. Tehranağa Abdullayevin Araz Paşayevlə, Araz Paşayevin isə nazirimizlə yaxın münasibətlərinin olduğu da iddia edilir. Hər halda, bunlar iddiadır. Ən doğrusunu yəqin ki, aidiyyəti qurumlar bilər.
Məsələnin başqa bir tərəfi də var. Qurumdan sorğu göndərirsən, bildirirlər ki, bir həftə ərzində cavab veriləcək. Bir həftə sonra cavab gəlir. Amma nə görsən yaxşıdır? Suallarına cavab vermək əvəzinə, səndən Media Reyestrinin şəhadətnaməsini tələb edirlər.
Məcbur olub onu da göndərirsən. Düşünürsən ki, yəqin növbəti bir həftə ərzində suallarına cavab veriləcək. Amma hiss etdiyim qədər, sadəcə, başlarından edirlər. Kaş yanılım )
Artıq iki həftədir gözləyirik...
Məgər sorğuya cavab verməməklə məsələ həll olunur?
Suallara cavab verməmək qurumun məsuliyyətindən yayınması üçün çıxış yoludurmu?
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah yağış yağacaq
Bugün, 13:02 CƏMİYYƏT
-
Xətaidə ictimai nəqliyyat böhranı...
Bugün, 12:54 CƏMİYYƏT
-
"Balaca bir xəbər yazırsan, zəng edib “o xəbəri silin” deyirlər" - Baş redaktor Basketbol Federasiyasındakı "gizli oyunlar"dan yazır
Bugün, 12:47 İDMAN
-
Azərbaycana gətirilən dondurulmuş şokoladlı meyvə məhsulu zay çıxıb
Bugün, 12:33 İQTİSADİYYAT
-
PUTİN, TRAMP və Sİ CİNPİN ARASINDA QAPALI GÖRÜŞ BAŞLAYIB - VİDEOLAR (Yenilənib)
Bugün, 12:24 GÜNDƏM
-
Məleykə Abbaszadə təyinatından xəbərsiz olub? - İki saat əvvəl sosial media hesabından yeni görüşü barədə paylaşım edib
Bugün, 12:20 GÜNDƏM
-
Dəniz sahilində obyekt açmaq istəyənlər üçün qaydalar müəyyənləşdiriləcək
Bugün, 12:12 İQTİSADİYYAT
-
Paşinyan: "Yeni konstitusiyanın ilkin layihəsi gələn həftə dərc olunacaq"
Bugün, 12:05 SİYASƏT
-
Yaponiyada güclü zəlzələ: iki nəfər xəsarət alıb, şəhər və qəsəbə əhalisi köçürülüb
Bugün, 11:57 DÜNYA
-
Hikmət Hacıyev: "Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyir"
Bugün, 11:48 SİYASƏT
-
"New York Times": Tramp İrana qarşı daha sərt hücum planını nəzərdən keçirir - 4-7 günlük plan...
Bugün, 11:40 GÜNDƏM
-
BAKIDA MƏMUR ÖVLADININ TOYU: Nazir müavini blogerlə evlənən 36 yaşlı oğlunun şad günündə elə qadağalar qoyub ki... - VİDEO
Bugün, 11:35 MƏDƏNİYYƏT
-
DTX: "Ən müasir hücumlar sərhədləri, yoxsa serverləri keçəcək?!" - "Dünya misli görünməmiş kiberdəyişikliklərin yalnız başlanğıcındadır”
Bugün, 11:32 GÜNDƏM
-
Bakı İcra Hakimiyyətinin mətbuat katibi yeni vəzifəyə təyin olundu
Bugün, 11:20 PRESS
-
Bakı Dövlət Universitetinin dosenti faciəvi şəkildə vəfat edib
Bugün, 11:06 CƏMİYYƏT
-
Pensiyalar nə vaxt ödəniləcək? - AÇIQLAMA
Bugün, 11:02 İQTİSADİYYAT
-
Türkiyə və Yunanıstan qırıcıları havada üz-üzə - Dəniz üzərində gərgin anlar yaşanıb
Bugün, 10:49 DÜNYA
-
"Yaprak Dökümü"ndən "Cevriye"sinin həyatına qısa baxış... - FOTOLAR
Bugün, 10:41 MƏDƏNİYYƏT
-
Azərbaycanda zəlzələ olub
Bugün, 10:25 GÜNDƏM
-
Bakının üç rayonunda müşavirələr keçirilib
Bugün, 10:11 CƏMİYYƏT
-
Əli Nağıyev Bakıda Gürcüstan DTX rəisi ilə görüşdə: "Azərbaycan-Gürcüstan əlaqələri..."
Bugün, 10:11 GÜNDƏM
-
BDU REKTORU VƏZİFƏDƏN ÇIXARILDI, MƏLEYKƏ ABBASZADƏ REKTOR TƏYİN OLUNDU - SƏRƏNCAM
Bugün, 10:03 GÜNDƏM
-
Azərbaycan neft bir dollardan çox ucuzlaşdı
Bugün, 09:59 İQTİSADİYYAT
-
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Bugün, 09:50 CƏMİYYƏT
-
DİM məlumat yayıb
Bugün, 09:42 GÜNDƏM
-
Partiya sədrinin oğlu barədə qərar verildi
Bugün, 09:42 SİYASƏT
-
TRAMP ÇİNDƏ İRANA AĞIR İTTTİHAMLAR İRƏLİ SÜRDÜ, TARİX VERDİ: "Onlar indi qaz və bioloji silahlara..." - "Əgər belə hücuma cəhd olarsa, ABŞ onları məhv edəcək"
Bugün, 09:18 GÜNDƏM
-
PUTİNLƏ TRAMP ÇİNDƏ BİR ARAYA GƏLDİ - Tarixi görüşdən ilk FOTOLAR
Bugün, 09:14 GÜNDƏM
-
XİN rəsmisi: "Fransa hökumətini Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq"
Bugün, 09:07 SİYASƏT
-
"Beşiktaş"ın baş məşqçisi komandadan ayrılır? - Prezidentdən sərt açıqlama
Bugün, 09:00 İDMAN
-
İSTANBULDA PİŞİK ÜSTƏ GÜLLƏLƏNMƏ: qonşusuna "sənin pişiyin niyə evimə girdi" dedi və...
Bugün, 00:28 KRİMİNAL
-
İSTANBULDA ŞOK OLAY - Klub başqanı şərikinə 19 güllə sıxdı
Bugün, 00:06 KRİMİNAL
-
Havada bomba təhlükəsi - Rusiya təyyarəsi Antalyada təcili eniş edib
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT