Minlərlə uçuş ləğv olunub, banklarda köçürmələr dayandırılıb... - ABŞ-da "Rəqəmsal xaos" yaranıb

Minlərlə uçuş ləğv olunub, banklarda köçürmələr dayandırılıb... - ABŞ-da \"Rəqəmsal xaos\" yaranıb

GÜNDƏM

Bugün, 09:17

ABŞ-da rəqəmsal sistem çöküb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə yaranmış  texniki nasazlıqlar aviasiya, bankçılıq və kəşfiyyat sistemlərinin fəaliyyətini iflic edib.

Məlumata görə, hava nəqliyyatının idarə olunmasındakı problemlər səbəbindən minlərlə uçuş ləğv olunub, böyük banklarda pul köçürmələri dayandırılıb: ""Microsoft" və "United Airlines" şirkətlərinin də sistemlərində fasilələr yaranıb. NSA-nın gizli rabitə şəbəkəsində giriş problemləri də təsdiqlənib."

Xəbərdə deyilir ki, JPMorgan Chase, Bank of America, Wells Fargo və U.S. Bank müştəriləri rəqəmsal bankçılıq və Zelle ödənişləri ilə bağlı problemlər bu dəqiqlərdə də davam edir.

ABŞ preizdenti donald tramp əhaliyə müraciətində narahatlığın qısa zamanda cözüldüyünü və qısmən problemlər qaldığını etiraf edib: "Heç bir problem yoxdur. Problemlər həll edilir".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR