Otel, hava limanı... - Husilər Səudiyyə Ərəbistanını paytaxtına zərbələr endirdi

Otel, hava limanı... - Husilər Səudiyyə Ərəbistanını paytaxtına zərbələr endirdi

DÜNYA

Bugün, 10:26

Yəməndə İranın dəstəklədiyi Husi qruplaşması ötən gecə Kral Xalid Beynəlxalq Hava Limanını və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı maliyyə mərkəzini ballistik raketlərlə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zərbələr nəticəsində paytaxtda partlayışlar baş verib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan bildirilib ki, hava hücumundan müdafiə sistemləri ilə Ər-Riyada doğru gedən iki ballistik raketi havada zərərsizləşdirilib. Bundan əlavə, ölkənin şərqinə doğru hədəflərə yönləndirilmiş daha üç dron havada vurulub.

Hüsulər və beynəlxalq mətbuat isə raketlərin hava limanı ilə maliyyə mərkəzlərndən birini viurduğunu açıqlayıb.

Husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki,  Kral Xalid Beynəlxalq Hava Limanının və Ər-Riyaddakı maliyyə mərkəzi ballistik raketlərlə vurulub: "Əməliyyat nəzərdə tutulmuş hədəfə dəqiqliklə yerinə yetirilib"

Tahir

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR