AZAL Bakı-İstanbul marşrutu üzrə açıqlama yaydı - Bu hava limanına daha uçuş olmayacaq

AZAL Bakı-İstanbul marşrutu üzrə açıqlama yaydı - Bu hava limanına daha uçuş olmayacaq

GÜNDƏM

Bugün, 10:08

Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.

Mia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu dəyişiklik aviaşirkətin uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir və reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsini nəzərdə tutur: "Məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi sayəsində sərnişinlərə növbəti səyahətlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır”

Qeyd edək ki, hazırda AZAL şəhərin Sabiha Gökçen Beynəlxalq Hava Limanı və İstanbul Beynəlxalq Hava Limanına (IST) uçuşlar həyata keçirir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR