"Kurtlar vadisi"nin "Kaşifoğlu"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi

\"Kurtlar vadisi\"nin \"Kaşifoğlu\"su və ya MİT zabitinin şübhəli ölümü - Məzar açıldı, meyit müayinə olundu, zəhərlənmə təsdiqləndi

SİYASƏT

Bugün, 10:32

Türkiyə Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, 2011-ci ildə həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən Kaşif Kozinoğlunun sirli ölümü ilə bağlı məzarı açılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kaşif Kozinoğlunun məzarının eksqumasiyasından sonra hazırlanmış yarılma və ilkin laboratoriya ekspertizasının nəticələri bəlli olub.

Nəticəyə görə, Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək səviyyədə zəhərli maddələr aşkar olunub: "Ekspertiza nəticələri artıq  İstanbulun Silivri Baş Prokurorluğuna təqdim edilib.

Xatırladaq ki, Kozinoğlunun 15 il əvvəl şübhəli ölümünə görə Silivrinin  o vaxtkı prokuroru Əli İşgören, həbsxana prokuroru Nəcib Doğan başda olmaqla xeyli keçmiş vəzifəli şəxs və kamera yoldaşı saxlanılıblar

Onu da bildirək ki, Kaşif Kozinoğlunun səhhəti 12 noyabr 2011-ci ildə Silivri 1 nömrəli L Tipli Qapalı Həbsxanada anidən pisləşib. O,  aparıldığı xəstəxanada müəammalı şəkildə ölüb. Maraqlı budur ki, bundan iki gün əvvəl o zamanın populyar serialı olan "Kurtlar vadisi"ndə Kaşifoğlu obrazı da oxşar durumda "öldürülür". Bu hadisə ilə ssenari arasında əlaqə da hazırda araşdırılır.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR