Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"

Canlı yayımda Türkiyəni hədələdi: \"Gərəkirsə, anlayacaqları dildə başa salarıq\"

DÜNYA

Bugün, 16:56

 "Gərəkirsə, Türkiyəni anlayacaqları dildə başa salarıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu şok bəyanatı Yunanıstan Baş Qərargahının fəxri rəisi Konstantinos Floros canlı yayımda Aralıq dənizi və Türkiyə-Liviya arasındakə dəniz sərhədinin müəyyənləşməsi barədə strateji anlaşma barədə suala cavabda deyib.

General Konstantinos Floros ANT1 televiziyasına müsahibəsində bildirib ki, Türkiyənin elan etdiyi NAVTEX-ə cavab olaraq Afina noyabr ayının əvvəlində Heraklion dəniz stansiyası vasitəsilə yeni NAVTEX buraxacaq:

"Türkiyə bölgədə açıq-aşkar qeyri-sabitlik yaradır. Türkiyə hər zaman belə bir davranış sərgiləyib. Onların etdiklərini unutmuşuqmu? Dünyanın heç bir yerində heç bir dövlət belə şeylər etmir. Buna görə də, Türkiyə istədiyi kimi hərəkət edəcək. Biz işimizi ən yaxşı bildiyimiz kimi görəcəyik. Əlbəttə ki, bu cür məsələlər üçün əsas vasitə olan beynəlxalq hüquqa əsaslanmalıyıq. Amma gərəkirsə, 2020-ci ildə etdiyimiz kimi, yerdəki varlığımızı nümayiş etdirəcəyik. Dəfələrlə təkrar edirəm, burada da dediyim kimi, biz yerdə necə edəcəyimizi bilirik, metodu bilirik. Heç kim şübhə etməsin ki, gərəkdiyi halda Türkiyənin başa düşəcəyi şəkildə cavab verəcəyik. Və biz bunu uğurla edəcəyik.

Qaldı Türkiyənin yeni NAVTEX-nə, Afina administrasiyasının noyabrın əvvəlində Heraklion dəniz stansiyasından yeni bir NAVTEX elan edəcək. Yeri gəlmişkən, burada Fransız tədqiqat gəmisi var hazırda. Əgər Türkiyə hər hansı bir tədbir görərsə, Fransa gəmisini qorumaq üün hərəkətlənəcəyik. Buna tam gücümüz və qətiyyətimiz var".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR