Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
SİYASƏT
Bugün, 16:02
"Azərbaycan Sülh sazişinin imzalanması üçün zəruri olan siyasi və hüquqi addımların Ermənistan tərəfindən atılacağını gözləyir".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib: "Bununla da, Cənubi Qafqazda uzun illər mövcud olmuş münaqişə həll edilib. Bundan əlavə, Azərbaycan münaqişədən sonra sülh prosesinin də təşəbbüskarı olub. Ölkəmizin irəli sürdüyü prinsiplər əsasında hazırlanmış Sülh sazişi ötən il paraflanmışdır. Bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi davam edir".
Ceyhun Bayramov qeyd edib ki, regionda faktiki sülh şəraiti mövcuddur: "Bununla belə, Sülh sazişinin imzalanması üçün zəruri olan siyasi və hüquqi addımların Ermənistan tərəfindən atılacağını gözləyirik. Azərbaycanın mövqeyi aydındır, biz Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün təmin olunmasını, regionda qarşıdurma dövrünün əməkdaşlıq dövrü ilə əvəz edilməsini istəyirik".
Xarici işlər naziri hazırda beynəlxalq münasibətlər sistemində ciddi gərginliyin hökm sürməsinə də diqqət çəkib: "Şərqi Avropada, Yaxın Şərqdə və daha geniş coğrafiyada davam edən hərbi qarşıdurmalar, yeni təhlükəsizlik təhdidləri, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması dövlətlər qarşısında ciddi çağırışlar yaradır. Belə bir şəraitdə Azərbaycan sabitlik və təhlükəsizlik məkanı olaraq qalır. Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsində sabitləşdirici rol oynayır".
***
"Azərbaycan həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır"
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Türk Dövlətləri Təşkilatının coğrafi mövqeyi, iqtisadi potensialı və enerji resursları beynəlxalq nəqliyyat, ticarət və enerji təhlükəsizliyində rolunu daha da artırmaq üçün geniş imkanlar yaradır.
"Azərbaycan bu istiqamətdə həyata keçirilən regional layihələrin fəal iştirakçısıdır. Orta dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması və ölkələrimiz arasında nəqliyyat bağlantılarının genişləndirilməsi iqtisadi imkanlarımızı artıracaq".
Ceyhun Bayramovun sözlərinə görə, əsas məqsəd bu imkanlardan yalnız tranzit üçün deyil, qarşılıqlı ticarətin, sənaye əməkdaşlığının və investisiyaların inkişafı üçün də istifadə etməkdir.
"Energetika, rəqəmsal bağlantılar və yeni texnologiyalar sahəsində əməkdaşlığımız yeni məzmun qazanır. Azərbaycan ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların yaradılmasında mühüm rol oynayır"/ /Report. .
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
Bugün, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Bugün, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
Bugün, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
Bugün, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
Bugün, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
Bugün, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
Bugün, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
Bugün, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
Bugün, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
Bugün, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
Bugün, 16:02 SİYASƏT
-
Media və Yayım Şurasında görüş keçirilib
Bugün, 15:49 PRESS
-
Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
Bugün, 15:41 GÜNDƏM
-
Bakıda bağçada uşaqlara zorakılıq... - Cinayət işi açıldı + VİDEO
Bugün, 15:20 CƏMİYYƏT
-
Aqrar Universitetində kütləvi ixtisar - 50-dən çox müəllimin müqaviləsinə xitam verilib
Bugün, 15:07 CƏMİYYƏT
-
GÖMRÜKDƏ VƏZİFƏ YÜKSƏLİŞİ... - Əsasnaməyə düzəliş edilir, nələr olacaq?
Bugün, 14:58 GÜNDƏM
-
Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir
Bugün, 14:19 PRESS
-
DEPUTATIN ƏRİ BANKDAN GÖNDƏRİLİR, YOXSA...? - Daha bir bank dəyşikliyə hazırlaşır
Bugün, 14:12 İQTİSADİYYAT
-
Akademiyaya rektor əvəzi təyin olunub
Bugün, 13:53 GÜNDƏM
-
Korrupsiya barədə məlumat verən şəxsə nə qədər və neçə günə mükafat veriləcək? - YENİ QANUNUN DETALLARI
Bugün, 13:48 CƏMİYYƏT
-
Bakıda kilsə açılışı... - Roma Papası XIV Leo gələcək?
Bugün, 13:42 GÜNDƏM
-
Deputatlar bu tarixdə toplanacaq
Bugün, 13:42 GÜNDƏM
-
Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)
Bugün, 13:23 KRİMİNAL
-
Osimhenin ikinci övladı dünyaya gəlib
Bugün, 13:15 İDMAN
-
“Xalçalar diyarı” sərgisi açılıb - FOTOLAR
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Salyanda məktəb binasını yandırmaq istəyənlər həbs edilib
Bugün, 12:59 KRİMİNAL
-
İpoteka, yoxsa nağd pulla ev almaq?! - Ekspertdən şərh
Bugün, 12:55 İQTİSADİYYAT
-
Deputat “Niyə Ağdamda mənə ev düşmür?” deyib mülk istədi, Sahibə Qafarova etiraz etdi: "Görülən işlərə ləkə salırsınız"
Bugün, 12:53 GÜNDƏM
-
Noyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 12:50 CƏMİYYƏT
-
Əli Əsədovla İrakli Kobaxidze bir araya gəldi - Siqnaxidə + FOTO (YENİLƏNİB)
Bugün, 12:32 GÜNDƏM
-
"Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul olunub - DETALLAR
Bugün, 12:20 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:06 CƏMİYYƏT