Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir

Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir

PRESS

Bugün, 14:19

Xəbər verdiyimiz kimi, Prezidentin 19 oktyabrda imzaladığı Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Məlumata görə, hazırda TƏBİB-lə Səhiyyə Nazirliyinin vahid mətbuat xidməti formalaşdırılır.

Belə ki, həm nazirliyin, həm də TƏBİB-in ictimaiyyətlə əlaqələr xidməti eyni mərkəzdən idarə olunacaq.

TƏBİB-in mətbuat xidmətinin əməkdaşı Fərid İsrafilzadənin nazirliyin mətbuat xidmətinə yönləndirilməsi prosesin başlanğıcıdır. Ona nazirliyin mətbuat xidmətinin iş prinsiplərini öyrənmək tapşırılıb/Bizim.Media

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR