Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
PRESS
Bugün, 13:20
"Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir".
Mia.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Məlumatda deyilir ki, Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub: "Belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.
Azərbaycan Mətbuat Şurası "Real TV"nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirir ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayır ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir.
Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcəkdir".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa Mərkəzi Bankının prezidenti istefa verdi - Yerinə iki namizəd var
Bugün, 15:36 İQTİSADİYYAT
-
Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib
Bugün, 15:09 GÜNDƏM
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 15:02 GÜNDƏM
-
"O, gedərsə, gələrəm" - Məşqçi "Fənərbaxça"ya şərt qoydu
Bugün, 14:54 İDMAN
-
Kartdan-karta köçürmələrdə niyə limit qoyulub? - Mərkəzi Bankın sədri səbəbi açıqladı
Bugün, 14:34 İQTİSADİYYAT
-
Özünü təmizə çıxarmaq cəhdi.. - Mirşahin "Azərbaycan müəllimi”nə cavab yazdı
Bugün, 14:19 YAZARLAR
-
Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Ankarada + FOTO (YENİLƏNİB)
Bugün, 14:15 SİYASƏT
-
"Korkut Ata" Türk Dünyası Film Festivalı - Azərbaycan üç filmlə təmsil olunacaq
Bugün, 14:07 MƏDƏNİYYƏT
-
REAL TV ilə Bakı Təhsil İdarəsi arasında gərginlik böyüyür
Bugün, 13:49 CƏMİYYƏT
-
Mətbuat Şurası: "Jurnalistlərə fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir"
Bugün, 13:20 PRESS
-
Seçkini uduzan müxalifət lideri iki dövlətin gizli dəstəyi ilə ABŞ-a qaçdı - Özü haqda təqdimat yazdı, sonra sildi, daha sonra fərqli paylaşdı
Bugün, 12:43 SİYASƏT
-
Nə Montella, nə Kocaman, nə də Avcı... - Əziz Yıldırım onu "Fənərbaxça"nın başına gətirmək istəyir
Bugün, 12:43 İDMAN
-
Sabah yüksək dağlıq ərazilərdə qar yağacaq
Bugün, 12:30 CƏMİYYƏT
-
Ceyhun Bayramov Ankarada: "2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi..."
Bugün, 12:15 SİYASƏT
-
Partiya sədri canlı yayımda bəyan etdi: "Özümü yandıracağam"
Bugün, 12:13 SİYASƏT
-
Məmurlara xidməti maşından şəxsi maraqlar üçün istifadə qadağan olunur
Bugün, 12:10 GÜNDƏM
-
Professor Adilə Abbasova vəfat edib
Bugün, 12:02 CƏMİYYƏT
-
Vəzifəli şəxslərlə bağlı yeni qanun: kənar fəaliyyətlə məşğul olma və...
Bugün, 11:54 GÜNDƏM
-
Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur, danışmaq da istəmirəm"
Bugün, 11:39 SİYASƏT
-
"Bakı Şəhər Təhsil İdarəsi jurnalistlərə xəbər hazırlamağı öyrədir, amma.."
Bugün, 11:36 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub döndərdi: "Əziz qardaşım..." - MƏTN
Bugün, 11:26 GÜNDƏM
-
AzerGold” QSC-də yeni təyinatları olub
Bugün, 11:12 CƏMİYYƏT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard artıb
Bugün, 11:04 İQTİSADİYYAT
-
"Təhsildən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası..." - Sabiq deputatdan açıqlama
Bugün, 10:49 CƏMİYYƏT
-
OMBUDSMAN DƏYİŞƏCƏK, YOXSA.. - Deputatlar kimə "hə" deyəcək?
Bugün, 10:16 SİYASƏT
-
Səhiyyə Nazirliyinin mətbuat katibi bəlli oldu - Yeni nazirdən daha bir dəyişiklik (FOTO)
Bugün, 10:08 PRESS
-
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Bugün, 10:04 İQTİSADİYYAT
-
Türkiyədə sərnişin avtobusu ilə yük maşını ilə toqquşub - "15 nəfər xəsarət alıb"
Bugün, 09:58 KRİMİNAL
-
İran İnqilab Keşikçiləri: "Hörmüz boğazında MQ-1 PUA-sı vurulub"
Bugün, 09:57 DÜNYA
-
Türk dünyası real siyasi gücə çevrilə bilərmi? - Ankara Zirvəsindən nə gözləməliyik? (TƏHLİL)
Bugün, 09:44 SİYASƏT
-
Dünya ayaqda, BMT-də ABŞ-a qarşı qətnamə qəbul olundu: "130 ölkə ən kobud təzyiq və şantajı belə dəf etdi..."
Bugün, 09:41 GÜNDƏM
-
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası başlayıb
Bugün, 09:40 İQTİSADİYYAT
-
Mehriban Əliyeva: "Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!"
Bugün, 09:36 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:21 İQTİSADİYYAT