"İRANLA MÜHARİBƏ TEZLİKLƏ BİTƏCƏK" - Donald Tramp neftin qiymətinin sürətlə enəcəyini də deyir

\"İRANLA MÜHARİBƏ TEZLİKLƏ BİTƏCƏK\" - Donald Tramp neftin qiymətinin sürətlə enəcəyini də deyir

GÜNDƏM

Bugün, 10:00

"İranla müharibəni əslində biz deyil, 1978-ci ildən bəri  Tehran başladıb. Onlar bir çox Amerika əsgərinin ölümünə görə məsuliyyət daşıyır".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən əvvəl Texasda seçki mitinqində deyib.

Tramp İranın nüvə silahına sahib olmaması üçün başlatdıqları əməliyyatınn dünyada neft və yanacaq qiymətlərini yüksəltməsini etiraf edib: "Ancaq bu nüvə silahı ilə müqayisədə ödəniləcək çox kiçik bir əvəzdir. Bu müharibə tezliklə bitəcək, onların nə ordusu, nə donanması, nə də başqa bir şey qalıb. Hamısnı mhv etdik. Qaldı yanacaq qiymətlərinə, bu, tezliklə sürətlə düşəcək. Hesab edirəm ki, İran və neft ətrafında yaranan ajiotaj 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərinə mənfi təsir etməyəcək"

"İndiki vəziyyəti düşünsəydiniz, İrana hücum əmri verərdiniz" sualına Tramp təsdiqləyıci cavab verib: "Dünən də kimsə məndən soruşdu: "Əgər bunu yenidən etməli olsaydın, yenə də İrana hücum edərdinmi?" Mən də dedim: 'Əlbəttə ki, bu, indiyə qədər etdiyim ən yaxşı şeylərdən biri idi".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR