İSRAİLDƏ TARİXİ SEÇKİ: "Netanyahu panik vəziyyətdədir" - Hansı qüvvənin neçə mandat qazanacağı ehtimalı var?

İSRAİLDƏ TARİXİ SEÇKİ: \"Netanyahu panik vəziyyətdədir\" - Hansı qüvvənin neçə mandat qazanacağı ehtimalı var?

GÜNDƏM

Bugün, 00:07

İsraildə seçki məntəqələri artıq bağlanıb, səslər sayılmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, seçici aktivliyinin yaşandığı bu seçkidə əsas mübarizə hazırkı Baş nazir Netanyahunun partiyası ilə İsrail Evimiz Partiyasının lideri Aviqdor Liberman arasında gedir.

Liberman seçkinin gedişatı ilə bağlı bildirib ki, qalib gəəcəklərinə əmindir: "Netanyahu seçki nəticələrindən şoka düşəcək. Biz Netanyahudan böyük fərqlə irəlidəyik. Netanyahu panika içindədir, çünki uduzacağını bilir".

Netanyahu isə səsverməyə gələrkən qalib gələcəklərinə şübhə etmədiyini deyib.

Xatırladaq ki, İsraildə təxminən 7,3 milyon seçici bu gün 120 üzvdən ibarət Knessetin yeni üzvlərini seçir.

İsrail Mərkəzi Seçki Komitəsinin məlumata görə, bu seçkidə seçici aktivliyi 1973-cü ildən bəri ilk dəfə qeydə alınıb: Seçicilərin təxminən 50 faizi səsverməyə qatılıb..."

Proqnozlara görə, keçmiş Baş Qərargah rəisi Eisenkotun rəhbərlik etdiyi Yaşar Partiyasının 22-24 yer, Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının isə 21-23 yer qazanacağı gözlənilir. Keçmiş baş nazirlər Naftali Bennett və Yair Lapidin rəhbərlik etdiyi Birgə Alyansın 13-14 yer, keçmiş Baş Qərargah rəisinin müavini Yair Golanın rəhbərlik etdiyi Demokratların isə 8-9 yer qazanacağı gözlənilir. Ərəb liderliyindəki üç partiyadan (Hadaş, Balad və Ta'al) ibarət Birgə Siyahının 9-10 yer qazanacağı, Aviqdor Libermanın rəhbərlik etdiyi Yisrael Beiteinu-nun 8 yer qazanacağı  ehtimalı var.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR