Ərdoğanın silahdaşı əvvəl həbs edildi, sonra isə...

Ərdoğanın silahdaşı əvvəl həbs edildi, sonra isə...  

SİYASƏT

Bugün, 09:09

Türkiyədə prezident Ərdoğanın lideri olduğu AKP-nin Ankara şəhər təşkilatının sədr müavini Serkan Korkutata saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, Yeni Partiyanın deputatı olan Mustafa Sarıgülün ailə üzvlərinə qarşı açılmış "çirkli pulların yuyulması" istintaqı çərçivəsində saxlanılaraq ifadəsi alınıb.

Məlumata görə, saxlanılaraq İstanbuldan Ankaraya aparılan Korkutata ifadəsini verdikdən sonra sərbəst buraxılıb.

Xəbərdə deyilir ki, Serkan Korkutata Mustafa Sarıgülün ümumilikdə 200 milyon avrioluq qanunsuz maliyyə əməliyyatına görə həbs edilmiş oğlu Emir Sarıgülün həmtəsisçisi olduğu Maritza Construction şirkətinin idarə heyətinin üzvüdür: “Məhz bu səbəbdən o, istintaqın hədəfində olub”.

Xatırladaq ki, Serkan Korkutata keçmiş millət vəkili Hüsaməddin Korkutatanın oğlu və AK Partiyanın Bingöl millət vəkili Zeki Korkutatanın qardaşı oğludur.

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR