Prezidentdən mühüm mesaj: "Əgər xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir" - "Ölkəmiz sabitlik adasıdır, hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidi"
GÜNDƏM
Bugün, 10:30
"Son illərdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi olub.
Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Dövlət başçısı deyib ki, illər ərzində danışıqlar hər hansı nəticəyə gətirib çıxarmadı və əslində, danışıqlar formatı elə bir şəkildə idi ki, nəinki münaqişə həll olunmasın, hətta o dondurulmuş vəziyyətdə qalsın:
"Görünür, böyük güclər dünyada bunun üzərində bir konsensusa gəlmişdilər. Lakin onlar Azərbaycan xalqının və hökumətinin planları və ideyaları ilə münasibətdə səhv hesablamalar aparmışdır. Çünki biz işğal olunmuş ölkə kimi insanlarımızın adi insan hüquqlarının pozulması ilə heç vaxt barışmayacaqdıq, onlar bunu bilməli idi".
Prezidentin sözlərinə görə, Azərbaycan heç vaxt ümidini itirməyib:
"Biz görürdük ki, danışıqlar heç bir nəticəyə aparmır və biz səylərimizi göstərmək fikrinə gəldik, BMT-nin nizamnaməsinə, 51-ci maddəsinə, yəni özünümüdafiə hüququna əsaslanaraq düşməni məğlub etdik. Bununla da illərlə işğal altında olan ərazilərimiz azad edərək beynəlxalq hüququ bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin TŞ 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdik. Orada Ermənistan qüvvələrinin bizim torpaqlardan tam çəkilməsi tələb olunurdu ki, bu sadəcə kağız üzərində qalırdı".
Prezuident daha sonra qeyd edib ki, Azərbaycan sabitlik adasıdır: "Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidi. Digər ölkələrdə baş verənlər onların öz işidir. Biz öz ölkəmizdə hər hansı bir hörmətsizlik üstünlük hissindən azadıq. Bizə kimsə diqtə etsin, biz bundan tam azadıq. Biz öz dəyişməyən mövqeyimizlə fərqlənirik. Azərbaycanda əldə olunmuş bu 35 illik nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə olunub. Hər hansı bir beynəlxalq yardım olmayıb. Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadiyyatına, fəaliyyətinə baxsaq, görərik Azərbaycanın rolu çox artıb. Bu gün Azərbaycan sabitlik adasıdır. Bizim müstəqil siyasətimiz bizə böyük hörmət qazandırıb".
***
“İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır”.
Bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlət başçısı deyib ki, bu həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.
Prezident əlavə edib: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”
Dövlət başçısı qeyd edib ki, müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək dərsləri verilməli deyil. Biz bunu bilirik. Biz diqqətimizi daha çox öz ev tapşırığımıza yönəltməliyik. Digər ölkələrdə baş verənlər o insanların, o xalqların öz işidir, bu, bizim işimiz deyil...".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş məşqçi: "Bu liqada derbi qazanmadan belə çempion ola bilərsiniz"
Bugün, 11:12 İDMAN
-
"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik olunub
Bugün, 11:06 İQTİSADİYYAT
-
"Report”un 12 yaşı tamam oldu
Bugün, 10:47 PRESS
-
ADSEA-da şöbə müdirinə 3 milyonluq mənimsəmə ittihamı - CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:47 CƏMİYYƏT
-
Nazir, Komitə sədri və... - Onların qəbul günləri bəlli oldu + CƏDVƏL
Bugün, 10:43 GÜNDƏM
-
Prezidentdən mühüm mesaj: "Əgər xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir" - "Ölkəmiz sabitlik adasıdır, hər kəs öz ev tapşırığına diqqəti yönəltməlidi"
Bugün, 10:30 GÜNDƏM
-
Prezident Dialoq Forumunun açılış mərasimində çıxış edib - VİDEO, FOTOLAR
Bugün, 10:29 GÜNDƏM
-
“Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında topladı
Bugün, 10:27 İQTİSADİYYAT
-
Prezident Forumda: "Müharibəni başlamaq asandır, amma bitirmək çətindir"
Bugün, 10:20 GÜNDƏM
-
İordaniya Suriyanı bombaladı - İki ölkə arasında gərginlik artdı, sərhəd bağlandı, ölənlər arasında uşaqlar da var
Bugün, 10:13 DÜNYA
-
Rusiya Xerson istiqamətində müvəqqəti atəşkəs elan edib
Bugün, 10:04 GÜNDƏM
-
Əmanətçilər ən çox “Bank Respublika” və "Xalq Bank"dan pullarını çəkir - CƏDVƏL
Bugün, 09:55 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qiyməti daha bir dollar bahalaşdı
Bugün, 09:51 İQTİSADİYYAT
-
"Fənərbağça"nın futbolçusu ənənəvi ampulasında! - "O, hətta ona "sakit ol!" deyən polisin üzərinə yeriyib, onu itələyib..."
Bugün, 09:40 İDMAN
-
16 yaşlı tiktokerin başını kəsib torbaya qoyublar - Ekvadorda + FOTOLAR
Bugün, 09:27 PRESS
-
Türk ailəsini tarixi əraziyə buraxmadılar - Açıq-saçıq geyimlərinə görə (FOTO)
Bugün, 09:23 ŞOU-BİZNES
-
Tramp bu şəxslərə bir milyon dollar vəd etdi
Bugün, 09:20 GÜNDƏM
-
Ərdoğanın silahdaşı əvvəl həbs edildi, sonra isə...
Bugün, 09:09 SİYASƏT
-
XƏTAİDƏKİ MƏŞHUR KÜTLƏVİ DAVA: DEPUTATIN OĞLU İLƏ BİRGƏ DAHA KİMLƏR TUTULUB? - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Bugün, 09:04 KRİMİNAL
-
CHP-dən Özgür Özələ ağır ittiham... - Məhkəməyə verildilər
Bugün, 09:01 SİYASƏT
-
"Çalıkuşu"nun “Feride”si illərə meydan oxuyur - FOTOLAR
Bugün, 00:34 MƏDƏNİYYƏT
-
Husilər Səudiyyə Ərəbistanına dronlarla hücum edib
Bugün, 00:26 DÜNYA
-
Türkiyə derbisi: "Qalatasaray" əzəli rəqibi devirdi, final fitindən sonra polislər meydana girdi
Bugün, 00:25 İDMAN
-
Braziliyada seçki gərginliyi: rəqib namizəd nəticələri tanımadı
Bugün, 00:20 DÜNYA
-
“Beşiktaş”ın baş məşqçisi: “Bu, məni çox sevindirir"
Bugün, 00:12 İDMAN
-
İran Baş Qərargahı: "Əvvəlki dövrlərlə müqayisədə daha yüksək hazırlıq səviyyəsindəyik"
Bugün, 00:12 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışları olub - FOTOLAR (Yenilənib)
26.10.2026, 22:35 CƏMİYYƏT
-
"Məkkə İttifaqı" ölkələri ilə İran arasında danışıqlar başlayıb - Tehranda kimlər bir araya gəlib?
26.10.2026, 22:02 GÜNDƏM
-
BMT: "Təəssüf ki, soyuq mövsüm yaxınlaşdıqca, Ukraynaya hücumlar yenidən şiddətlənib"
26.10.2026, 21:07 DÜNYA
-
Türkiyənin turizm cənnəti su altında qaldı - Yollar nəqliyyata bağlandı + FOTO
26.10.2026, 18:40 GÜNDƏM
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR
26.10.2026, 18:33 GÜNDƏM
-
Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə... - Qərar qəbul olundu
26.10.2026, 18:03 CƏMİYYƏT
-
Baş nazir onların maaşı barədə qərar imzaladı - CƏDVƏL
26.10.2026, 17:56 İQTİSADİYYAT