CHP-dən Özgür Özələ ağır ittiham... - Məhkəməyə verildilər

CHP-dən Özgür Özələ ağır ittiham... - Məhkəməyə verildilər

SİYASƏT

Bugün, 09:01

Kamal Kılıçdaroğlunun sədri olduğu CHP-dən iki ay əvvəl partyadan ayrılaraq Yeni Partiya yaradan Özgür Özələ ağır ittiham irəli sürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP partiyanın keçmiş rəhbərliyini, yəni, hazırkı Yeni Partiya rəhbərliyini partiyanın vəsaitini oğurluqda ittiham edib.

Bu barədə yerli mətbuata açıqlama verən CHP-nin parlamentdəki fraksiyasının sədr müavini Faiq Öztrak Yeni Partiya sədri Özgür Özel və komandasının CHP-dən ayrılarkən partiyanın bank hesablarını boşaltdıqlarını açıqlayıb. Onun sözlərinə görə, qanunsuz yollarla “qapazlanan” vəsaitin geri qaytarılması üçün qarşı tərəfə dəfələrlə xəbər göndərilib: “Amma nəticəsiz qlaıb. Bu səbəbdən məhkəməyə veriliblər. Görək, “Ata evi” adlandırdıqları partiyanın hesabındakı pulu saxtakarlıqla ələ keçirənlər xalq üçün necə ədalət axtaracaqlar?”

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR