Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"

Putin: \"Rusiya və Ukrayna razılığa gələ bilər\"

GÜNDƏM

22.10.2026, 23:57

"Rusiya və Ukrayna razılığa gələ bilər".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində bildirib.

Putinin sözlərinə görə, Moskva ABŞ nümayəndələri ilə danışıqlar zamanı Kiyevlə üçtərəfli təmasların bərpasına hazır olduğunu bildirib.

"ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlarımıza gəlincə, bəli, üçtərəfli təmasları bərpa etməyə hazır olduğumuz barədə razılığa gəldik", – Putin deyib.

O qeyd edib ki, danışıqlarda sülh sazişləri əldə edildikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə ediləcək. Putin əlavə edib ki, Rusiyanın təhlükəsizliyindən danışarkən bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasını nəzərə almamaq mümkün deyil/report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR