Türkiyə COP31 Sammitə hazırlaşır

Türkiyə COP31 Sammitə hazırlaşır

GÜNDƏM

Bugün, 19:20

Türkiyə COP31 Sammitə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, sammit  9-20 noyabr tarixlərində Türkiyənin sədrliyi ilə Antalyada keçiriləcək.

Məlumata görə, bu gün Daxili İşlər naziri Mustafa Çiftçi ilə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumla birlikdə COP31-in keçiriləcəyi əraziyə baxış keçiriblər.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin bu yaxınlarda beynəlxalq zirvə görüşlərinə, idman tədbirlərinə və diplomatik forumlara ev sahibliyi etdiyini xatırladan Çiftçi bildirib ki, noyabr ayında Türkiyədə çox vacib və nüfuzlu bir zirvə görüşünün keçiriləcək: "Sammitə təxminən  26 min Təhlükəsizlik xidməti işçisi xidmət aparacaq. Bundan başqa, yalnız təhlükəsizlik tədbirləri görülməyib. Səhiyyə Nazirliyi də bu işlərdə iştirak edib və 110 təcili yardım maşını, 300 səhiyyə işçisi və 31 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) komandası sammit boyu xidmtədə olacaq"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR