"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"

\"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq\"

DÜNYA

Bugün, 14:02

İran ordusu ilə ABŞ arasında boğazlardan neft tranziti uğrunda çəkişmə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötəngün İran ordusu boğazdan keçmək istəyən 4 tankerə zərbə endirib.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, Fars körfəzinin şimal hissəsində bir gəmidən digərinə neft boşaldan  bir gəmi droanla vurulub. Bununla yanaşı, 3 tanker minaya düşüb. Nəticədə tankerlərdə başlayan yanğın hələ də davam edir.

Məlumatda bu vəziyyətə görə ABŞ günahkar bilinib: "Tanker və gəmiləri minalanmış keçidlərdən keçməyə ABŞ məcbur edir. Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR