BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam + FOTO

BU RAYONA İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam + FOTO

GÜNDƏM

Bugün, 12:10

Yardımlı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Səərncama əsasən,  Orxan Fərmayıl oğlu Məmmədov bu rayona rəhbər təyin oluunub.

Xatırladaq ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

37 yaşlı məmur daha əvvəl Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı Aparatının hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni icra başçısı Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsininin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantıdır.

O, Məmmədov evlidir, bir övladı var.

Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedən vəzifəni icra edirdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR