Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"

Donald Tramp şok iddia irəli sürdü: \"Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi\"

GÜNDƏM

Bugün, 09:35

"Rusiyanın Ukraynaya hücumunun ilk günlərində səhv hərbi qərarlar verildi. Bununla da ruslar Kiyevi ələ keçirmək fürsətini qaçırdı...".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Oiddia edib ki, Rusiya bir neçə saata Kiyevi ələ keçirmək gücünə sahib olub: "Rusiya ordusu magistral yolda irəliləmək əvəzinə, sağa - əkin yerlərinə, meşələrə doğru yönəlməklə böyük səhv elədi. Bununla da tanklar güclü yağışdan sonra yaranmış bataqlıqda batıb qaldı. Bu qərar əfsanəvi dərəcədə pis qərar idi. Batan tanklara görə ruslar nə irəli, nə də geri gedə bildi. Bütün bunlar axmaq bir generalın səhvi idi. Əks halda Rusiya bir neçə saat içində Kiyevi tutaraq müharibəni bitirə bilərdi. Dediyim kimi, Rusiyanın çox axmaq bir generalı var idi. Onlar min tankla beton magistral yolla irəliləyirdilər. Əgər onlar tankların maksimum sürəti ilə - saatda 77 km  sürətlə hərəkət etsəydilər, uzağı 4 saata Kiyevə çatardılar. Onları dayandıracaq heç nə yox idi. Müharibə bir günə bitərdi."

Tramp həmin generalın kim olduğunu açıqlamayıb: "Bilmirəm indi o, sağdır, yoxsa yox...".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR