NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir

NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir

GÜNDƏM

Bugün, 10:02

Rusiyanın Qara dənizdə Ukrayna taxılını daşıyan gəmilərə hücumlarının yaratdığı böhrana NATO "əl qoyur".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, NATO bölgədəki gəmilərə hücumların qarşısını almaq üçün  Qara dənizə əlavə hərbi gəmilər, o cümlədən müşahidə, kəşfiyyat və təcili yardım gəmiləri ilə yanaşı, Bolqarıstan və Rumınıyaya əlavə döyüş təyyarələri də göndərməyə qərar verib.

Bu barədə açıqlama verən NATO sözçüsü Allison Hart bildirib ki, məqsdə Rusiya ilə döyüşmək deyil, məqsəd ticarət gəmilərini qorumaqdır: "Biz Qara dənizin və bir milyard insanımızın təhlükəsizliyini təmin etmək və hər hansı bir təhdidə qarşı çıxmağa hazır və qadir olduğumuzu təmin etməkdə qərarlıyıq".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR