Məşhur aktyorların yer aldığı serial gözlənilən reytinqi toplaya bilməyib - FOTOLAR

Məşhur aktyorların yer aldığı serial gözlənilən reytinqi toplaya bilməyib - FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 17:49

Netflix-də yayımlanan "Organize İşler: Karun Hazinesi" gözlənilən reytinqi toplaya bilməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor Yılmaz Ərdoğanın ssenarisi əsasında çəkilən serialın 8 bölümü geridə qoysa da, reytinq cədvəlində 10-a qarşı 2,5-lik göstəricidən yuxarı qalxa bilməyib.

Məlumat üçün qeyd edək ki, serialda Yılmaz Erdoğan, Kıvanç Tatlıtuğ, Demet Akbağ, Ezgi Mola, Uraz Kaygılaroğlu, Rıza Kocaoğlu, Ersin Korkut, Okan Çabalar, Bensu Soral Baş, Atakan Çelik, Şükran Ovalı və Görkem Sevindik kimi məşhur aktyorların yer alsa da, izləyicilərin  yetərincə diqqətini çəkə bilmir.

Xəbərdə deyilir ki, bu səbəbdən bəzi ekspertlər bu gedişlə davam edərsə, serialın finalının qaçılmaz olacağını iddia etməyə başlayıblar: "Serialın uzanması zaman itkisindən başqa bir şey deyil".

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR