İdarə rəisi evində qəfil vəfat edib

İdarə rəisi evində qəfil vəfat edib

CƏMİYYƏT

Bugün, 11:29

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb.

Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Vüsal İbrahimov bu ilin avqustunda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. O, daha əvvəl Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR