“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
CƏMİYYƏT
Bugün, 14:59
“Bakcell”in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib.
Mia.az xəbər verir ki, görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqlar barədə fikirlərini bölüşüb.
O, həmçinin 35 ildən artıq beynəlxalq idarəetmə təcrübəsindən nümunələr gətirərək karyera inkişafı, liderlik və dəyişən biznes mühitində çevik düşüncənin əhəmiyyətindən danışıb.
“Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə uğurun əsas şərtlərindən biri daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər sabah yeni texnologiyaların və biznes modellərinin yaradılmasında mühüm rol oynayacaqlar. Biz “Bakcell” olaraq gənclərlə bilik və təcrübə paylaşımını, onların innovativ düşüncə və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyi vacib hesab edirik” , – deyə “Bakcell”in baş icraçı direktoru Qunnar Panke bildirib.
Tədbirin sonunda tələbələr Qunnar Pankeyə karyera, liderlik, telekommunikasiya sektorunun gələcəyi və süni intellektin yaratdığı imkanlarla bağlı suallarını ünvanlayıblar.
ADA Universitetinin “Senior Talks” layihəsi müxtəlif sahələr üzrə yüksəksəviyyəli rəhbərləri və təcrübəli peşəkarları tələbələrlə bir araya gətirərək onların real biznes təcrübəsi, liderlik yanaşmaları və karyera inkişafı ilə bağlı biliklər əldə etməsinə imkan yaradır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Hafiz İsmayılbəyliyə yeni vəzifə verilir
Bugün, 16:32 İQTİSADİYYAT
-
Sahibə Qafarova Bişkekdə - Spiker "Ata-Beyit" Memorial Kompleksi ilə Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib + FOTOLAR
Bugün, 16:11 GÜNDƏM
-
Avropada etiraz dalğası: səbəblər, siyasi nəticələr və gələcək perspektivlər - TƏHLİL
Bugün, 16:00 SİYASƏT
-
Vətəndaşı "küçə sözləri" ilə təhqir edən rəis vəzifədən azad edildi - Yeni təyinat + FOTO
Bugün, 15:49 GÜNDƏM
-
İsraildən Avstriyaya gedən təyyarədə "bomba" xəbərdarlığı - Bolqarıstanda təcili eniş edildi
Bugün, 15:48 DÜNYA
-
Pensiyalarla bağlı xəbər var
Bugün, 15:27 İQTİSADİYYAT
-
Naxçıvanın Bakıdakı Daimi nümayəndəliyinin rəhbərinın təyinatı rəsmi saytlarda niyə yer almayıb? - FOTOFAKTLAR
Bugün, 15:16 GÜNDƏM
-
“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
Bugün, 14:59 CƏMİYYƏT
-
Qarabağ zonasında 1420.9 ha ərazi minalardan təmizlənib
Bugün, 14:57 GÜNDƏM
-
Adnan Əhmədzadədən xəbər var - Məhkəmə qərarı
Bugün, 14:51 SİYASƏT
-
YENİ NAZİR KOLLEKTİVƏ BELƏ TƏQDİM EDİLDİ - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Prezident İlham Əliyev bu şəxsləri təltif edib - Sərəncam
Bugün, 14:12 GÜNDƏM
-
"44" bədii filmi ilə bağlı xəbərdarlıq olunub
Bugün, 13:54 MƏDƏNİYYƏT
-
Hansı bankın aktivləri daha sürətlə azalıb? - CƏDVƏL
Bugün, 12:59 İQTİSADİYYAT
-
“Bank Respublika”nın depozit portfeli kəskin azalıb, problemli kreditləri artıb
Bugün, 12:51 İQTİSADİYYAT
-
Rəşad Məcid: "Hesab edirəm ki, Mətbuat Şurasının səlahiyyəti, fəaliyyət dairəsi məhdudlaşdırılıb"
Bugün, 12:50 PRESS
-
Sabah yağış yağacaq
Bugün, 12:35 CƏMİYYƏT
-
İsmayıllıda zəlzələ olub
Bugün, 12:27 GÜNDƏM
-
“Abşeron A1” MTK-nı hədəfə alanlar və təzyiqə boyun əyən məmurlar - Sənədlər
Bugün, 12:23 CƏMİYYƏT
-
Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxslə bağlı qərar verildi
Bugün, 12:09 KRİMİNAL
-
Səhiyyə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsi davam edir - "İşə getməsəm də, adıma əməkhaqqı yazılırdı"
Bugün, 12:07 KRİMİNAL
-
Axar.az xəbər saytı 13 yaşını qeyd edir
Bugün, 11:45 PRESS
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 11:32 GÜNDƏM
-
TƏBİB rəhbəri nazir təyin olundu - Sərəncam
Bugün, 11:24 GÜNDƏM
-
TƏBİB-lə BAĞLI GÖZLƏNİLMƏZ FƏRMAN - Səhiyyə Nazirliyinin tabeliyinə verildi
Bugün, 11:17 GÜNDƏM
-
SƏHİYYƏ NAZİRİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Yeni təyinat
Bugün, 10:55 GÜNDƏM
-
"Ölkəni devirməyə çalışanlar məsuliyyətə cəlb olunmalıdır"
Bugün, 10:36 DÜNYA
-
PENSİYA QANUNU DƏYİŞİR: "Bəzi vətəndaşlarımızın pensiyalarına aylıq əlavə hesablanacaq”
Bugün, 10:28 İQTİSADİYYAT
-
Deputatla jurnalist niyə "dilləşib"? - VİDEO
Bugün, 10:16 SİYASƏT
-
Ramiz Mehdiyevin oğlu atası haqda hansı ifadəni verib? - "Atam bəzən öz hərəkət və..."
Bugün, 10:05 SİYASƏT
-
Xırdalanın yol problemi həll olunacaq - Yeni layihənin icrasına başlanır
Bugün, 10:05 CƏMİYYƏT
-
ABŞ prezidenti Ukrayna, Aİ, Venesuela və Qrenlandiyadan danışdı, bəzi etiraflar elədi: "Bilirsinizmi, biz o ölkədən nə qədər pul çıxarırıq?"
Bugün, 09:54 GÜNDƏM
-
Binəqədi Tibb Mərkəzinin baş həkimi yeni vəzifəyə təyinat aldı - TƏBİB rəhbərindən daha bir dəyişiklik
Bugün, 09:43 CƏMİYYƏT